Düşmən cəbhədə təxribat törətdi, mülki əhali atəşə tutuldu: Ölən və yaralananlar var - RƏSMİ - xeberler

Düşmən cəbhədə təxribat törətdi, mülki əhali atəşə tutuldu: Ölən və yaralananlar var - RƏSMİ

Düşmən cəbhədə təxribat törətdi, mülki əhali atəşə tutuldu: Ölən və yaralananlar var - RƏSMİSentyabrın 27-də, saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var.

Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib.

Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.

Azərbaycan Ordusunun ön xətt bölmələri düşmənin bu təxribatının qarşısını almaq və qoşunların qarşıdurma xəttinə yaxın zonalarda yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə cavab tədbirləri görür.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5402   Tarix: 27 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş