Baş Nazirin müavini və digər rəsmilər cəbhəboyu yaşayış məntəqələrində olub

Baş Nazirin müavini və digər rəsmilər cəbhəboyu yaşayış məntəqələrində olubPrezident İlham Əliyevin tapşırığına əsasən Baş Nazirin müavini Şahin Mustafayevin rəhbərliyi ilə müvafiq qurumların nümayəndələri Tovuz Ağstafa və Qazax rayonlarının cəbhəboyu yaşayış məntəqələrində olub.

Bu barədə BiG.AZ-a Nazirlər Kabinetindən bildirilib.
Hökumət nümayəndələri cəbhəboyu yaşayış məntəqələrində içməli su, qaz, elektrik enerjisi ilə təminat, məktəb və tibb məntəqələrinin vəziyyəti ilə tanış olublar.
Cəbhəboyu yaşayış məntəqələrində kommunal və sosial infrastrukturun təkmilləşdirilməsi və yenilərinin yaradılmasına dair konkret layihələr müzakirə olunub, müvafiq qurumlara konkret tapşırıqlar verilb.
Cəbhəboyu bölgələrdə həyat üçün zəruri olan infrastrukturun yaxşılaşdırılması hökumətin prioritetləri sırasındadır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1509   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş