Gürcüstanın azərbaycanlı müftisi vəzifəsini tərk edib

Gürcüstanın azərbaycanlı müftisi vəzifəsini tərk edibGürcüstan Müsəlmanları İdarəsinin (GMİ) müftisi Hacı Yasin Əliyev vəzifəsindən ayrılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə GMİ-dən bildirilib.

Şərqi Gürcüstan üzrə müfti öz istəyi əsasında sağlamlıq durumu ilə bağlı istefa verib.

Y.Əliyevin vəzifəsini müvəqqəti olaraq Hacı Eyvaz Mərdanov icra edəcək.

Yeni müfti yaxın gələcəkdə GMİ-nin Ali Dini Şurası tərəfindən seçiləcək.

Qeyd edək ki, Gürcüstanda iki müfti var. Onlardan biri azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli, digəri isə Acarıstan bölgəsi üzrədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 509   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş