Koronavirusdan ömürlük qorunmaq mümkündür - Şərtlər

Koronavirusdan ömürlük qorunmaq mümkündür - ŞərtlərBəzi şərtlərdə COVID-19-a qarşı immun qazanmaq mümkündür.

Bunu Rusiyada ikinci koronavirus peyvəndini hazırlayan Dövlət Virusologiya və Biotexnologiya Araşdırmaları İnstitutunun baş direktoru Rinat Maksudov deyib.

"Rossiya 1" telekanalına açıqlama verən Maksudov bildirib ki, bunun üçün immun sisteminin müəyyən xüsusiyyətlərə malik olması tələb edilir. Əlavə olaraq, xəstəliyin ağır keçməsi də şərtlərdən biridir.

Peyvəndlə bağlı da danışan baş direktor qeyd edib ki, bu peyvənd 14 gün ərzində antitellər yaratmağa imkan verir. Lakin müdafiəyə kifayət edəcək qədər antitelin əmələ gəlməsi üçün 21 gün fasilə ilə ikinci dəfə vaksinasiya aparılmalıdır.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1265   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş