DİQQƏT: Bu nömrədən gələn zəngləri açmayın - ÇOX TƏHLÜKƏLİDİR!

DİQQƏT: Bu nömrədən gələn zəngləri açmayın - ÇOX TƏHLÜKƏLİDİR!Son günlər sosial şəbəkələrdə telefonlara xarici nömrələrdən naməlum zənglər gəldiyi haqda iddialar səsləndirilir. Daha çox gecə saatlarında edilən zənglər zamanı hansısa yükləmə və ya yeniləmə üçün bank hesablarından istifadə də təklif edilir.

Bəs, naməlum nömrələrdən gələn zənglərin qarşısını necə almaq olar?

Məsələ ilə bağlı İnformasiya Texnologiyaları üzrə mütəxəssis Kamran Qasımov Redaktor.az-a bildirib ki, hər hansı nömrələrdən zənglərin daxil olması şəxsi məlumatların anında oğurlanması demək deyil:

"İnsanlar özləri şəxsi məlumatlarını deməsələr, heç bir elektron təhlükə yoxdur. Xarici nömrələrdən gələn zəngləri açmamaqla təhlükədən sığortalana bilərsiniz. Düzdür, elə insanlar var ki, onların xarici ölkələrdə yaşayan qohumları, tanışları olur. Həmin insanlardan bu nömrələrdən gələn zəngləri açmamasını tələb etmək düzgün deyil. Sadəcə bir sıra proqramlar vasitəsi ilə daxil olan zəngləri əngəlləmək, qara sıiyahıya salmaq mümkündür".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 17968   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş