Ağsuda dəhşətli qəza: sürücünün başı bədənindən ayrıldı

Ağsuda dəhşətli qəza: sürücünün başı bədənindən ayrıldıAğsu rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, hadisə Çaparlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, İsmayıllı rayon sakini, 1973 təvəllüdlü Qərib Fərman oğlu Şirinov "VAZ-21015" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yoldan çıxaraq aşıb. Nəticədə Q.Şirinov hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı zərbənin təsirindən sürücünün başı bədənindən ayrılaraq bir neçə metr kənara düşüb.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2200   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş