Əli Əsədov ukraynalı həmkarına başsağlığı verdi

Əli Əsədov ukraynalı həmkarına başsağlığı verdiAzərbaycan Respublikasının Baş Naziri Əli Əsədov sentyabrın 26-da Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib.

"Report" xəbər verir ki, məktubda deyilir:

"Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 328   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş