Xaricdən sifariş verənlərin NƏZƏRİNƏ - VİDEO

Xaricdən sifariş verənlərin NƏZƏRİNƏ - VİDEODövlət Gömrük Komitəsi sentyabrın 24-dən etibarən gömrük limitinin 300 dollara endirilməsi haqqında Nazirlər Kabinetinin 305 saylı qərarı qüvvəyə minməsindən sonra vətəndaşların suallarını cavablandırıb.

Vətəndaşın sualı: Daşıyıcı şirkət fiziki şəxsin əvəzinə, onun sifariş etdiyi mallar üçün bəyannamə verə bilərmi?

Cavab: "Smart Customs" mobil tətbiqində sifariş edən fiziki şəxs yalnız özü sadələşdirilmiş bəyannaməni təqdim etməlidir.

Vətəndaşın sualı: "Smart Customs" mobil tətbiqində bəyan etməklə daşıyıcı şirkət vasitəsilə telefon gətirmək olarmı?

Cavab: 300 dollarlıq limit çərçivəsində istənilən məhsulu sifariş edə bilərsiniz. Limiti keçdiyiniz təqdirdə gətirdiiniz məhsul gömrük ödənişlərinə cəlb olunacaq.

Dövlət Gömrük Komitəsi daşıma şirkəti üçün yazılan məlumatı deyil, mobil tətbiq vasitəsilə göndərilən gömrük bəyannaməsini əsas götürəcək. Vətəndaşlar bəyannaməni evdən çıxmadan, kompüter və ya mobil telefon vasitəsilə təqdim edə bilərlər.

DGK-nin "Sadələşdirilmiş Bəyannamə - Elektron Ticarət" layihəsinə əsasən, "Smart Customs" mobil tətbiqinə daxil olmaq üçün Azərbaycan vətəndaşları Asan İmza və Elektron İmza ilə yanaşı, "Fərdi identifikasiya nömrəsi"ndən (FİN) də istifadə edə bilərlər.

Qeyd edək ki, Nazirlər Kabinetinin 305 saylı qərarı ilə fiziki şəxslər tərəfindən ölkəyə rüsumsuz gətirilə bilən malların maksimal məbləği aşağı salınıb.

Qərara kimi vətəndaş ay ərzində şəxsi məqsəd üçün birbaşa özü 1500 dollar məbləğində, elektron ticarətlə - poçt vasitəsilə 1000 dollar məbləğində mal gətirə bilərdi.

Yeni qərara görə, bu rəqəmlər müvafiq olaraq 800 dollar və 300 dollara endirilib. Yəni, vətəndaş artıq internet üzərindən hansısa xarici mağazadan 300 dollardan baha olan malı alarsa, həmin artıq məbləğ üçün 36 faiz gömrük rüsumu ödəməlidir.(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3415   Tarix: 27 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 352
.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 196
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 614
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 221
.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 402
.

Kral ailəsinin ən sevilən üzvü odur

Keyt Middleton 22 mart 2024-cü ildə xərçənglə mübarizə apardığını elan etdikdən sonra xalq arasında sevilən ən məşhur kral ailəsi üzvünə çevrilib. -ın xarici mediaya istinadən xəbərinə görə, Uels şahzadəsi xərçəng xəstəliyinə tutulduğunu elan etdikdən sonra britaniyalıların 76 faizi Keyt Middleton haqqınd

14.04.2024 274
.

"Toyota Prius"ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək? - VİDEO

"Toyota Prius"ların qiymətində az qala hər həftə ucuzlaşma müşahidə olunur. Son zamanlar əsasən taksidə istifadə edilən, yaşı 15-dən yuxarı olan "Prius"ları kütləvi satışa çıxarırlar. Bunun əsas səbəbi yeni qaydalara görə, iyulun 1-dən yaşı 15-dən yuxarı olan avtomobillərin taks

21.04.2024 260
.

Siz də telefonsuz qala bilmirsiniz? - Deməli, bu xəstəliyə tutulmusunuz

Rəqəmsal dövrün məhsulu olan telefon asılılığı getdikcə artır. Hətta indi onu təsvir etməyə sözümüz var: nomofobiya. Telefondan uzaq olmaq qorxusu olaraq da bilinən nomofobiya internet bağlantısının olmaması, batareyanın az olması və ya hər hansı səbəbdən telefondan istifadə edə bilməmək insanda gücl

14.04.2024 271
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 829