Hökmü eşidən məhkum GÖRÜN NƏ ETDİ...- VİDEO

Hökmü eşidən məhkum GÖRÜN NƏ ETDİ...- VİDEONarkotik saxlamaqda təqsirli bilinən gənc hakimin hökmünü eşitdikdən sonra məhkəmə binasından qaçıb.

BiG.AZ musavat.com-a istinadən xəbər verir ki, bu anlar müşahidə kamerası tərəfindən qeydə alınıb. Hadisə ABŞ-da baş verib.

Məlumata görə, 34 yaşlı Nikolas Qarrison bir il müddətinə azadlıqdan məhrum edilib və 2500 dollar (4250 AZN) cərimə ilə cəzalandırılıb. Hökm oxunan sırada məhkum binadan qaçıb.

Kadrlarda onun pilləkənlə qaçdığı, polislərdən birinin onun arxasınca boşluğa tullandığı görünür.

Məlumata görə, məhkumu tutmaq mümkün olmayıb. Polis isə qabırğalarının sınması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4024   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş