Əlavə dərs vəsaitlərinin tələbi ilə bağlı valideynlərin şikayətlərinə RƏSMİ CAVAB

Əlavə dərs vəsaitlərinin tələbi ilə bağlı valideynlərin şikayətlərinə RƏSMİ CAVABValideynlər məktəblərdə tədris üçün nəzərdə tutulan dərsliklərlə yanaşı, tələb olunan əlavə vəsaitlərdən narazılıq edirlər.

BiG.AZ xəbər verir ki, bu barədə bir qrup valideyn tərəfindən Oxu.Az-ın redaksiyasına şikayət ünvanlanıb. Valideynlər iddia edir ki, məktəblərdə müəllimlər riyaziyyat fənninin tədrisində Təhsil Nazirliyinin tədris prosesi üçün təsdiq etdiyi kitablardan əlavə vəsaitlərin alınmasını tələb edirlər:

"Söhbət Mübariz Namazovun riyaziyyat kitabçasından gedir. Sözügedən kitabın bu qədər önəmli olmasının və məcburi qaydada şagirdlərə aldırılmasının səbəbi nədir? Hər il yeni nəşrinin alınmasını istəyirlər. Əgər M.Namazovun hazırladığı dərslik Təhsil Nazirliyinin tədris üçün təsdiq etdiyi riyaziyyat kitablarından daha effektlidirsə, onu da kitaba əlavə etsinlər. Valideynlərin maddi durumu həmin əlavə vəsaitləri almağa imkan vermir".

Məsələ ilə bağlı Təhsil Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, "Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə dövlət hesabına təmin olunurlar:

"Dərsliklərdə kifayət qədər tapşırıq var ki, onların yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək mümkün olur. Lakin bununla belə ümumi təhsil müəssisəsi təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris vasitələrindən də istifadə edə bilər. Valideynlər öz maddi vəziyyətlərinə uyğun olaraq övladlarının istifadə etməsi üçün digər vəsaitlər kimi (planşet, rəngli kağız, plastilin, flomaster, karandaş, albom, bloknot və s.) ümumi təhsil müəssisəsi tərəfindən tövsiyə edilən tədris vasitələrini də istədikləri halda ala bilərlər.

Amma bununla yanaşı onu da bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli 67 nömrəli qərarı ilə təsdiqlənən "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası"na əsasən dövlət ümumi təhsil müəssisəsi dərslikdən başqa hər hansı tədris vasitəsini daxili istifadəyə tövsiyə etməzdən əvvəl onu pedaqoji şuranın qərarı ilə təsdiqləməlidir. Məktəbin pedaqoji şurası tərəfindən təsdiq edilməyən tədris vasitələri hətta valideynlərin öz istəkləri ilə könüllü alındığı təqdirdə belə tədris prosesinə buraxıla bilməz".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1008   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888