Ukraynada matəm ELAN OLUNDU

Ukraynada matəm ELAN OLUNDUUkraynanın Xarkov Regional Dövlət Administrasiyasının rəhbəri Aleksey Kuçer ötən gün "An-26" hərbi təyyarəsinin qəzaya uğramasına görə 26 sentyabr tarixini matəm günü elan edib.

Bu barədə müvafiq qərar yerli hakimiyyət qurumunun saytında dərc olunub.

Bildirilir ki, çoxsaylı insan ölümü ilə əlaqədar bu gün Ukraynanın Xarkov əyalətində bütün inzibati binalarda dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, Ukraynada "An-26" hərbi təyyarəsinin Xarkov əyalətinin Çuquev şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 25 nəfər həlak olub, iki nəfər xəsarət alıb. (Oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1204   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş