Sürücülərə XƏBƏRDARLIQ: Bunu etməsəniz, CƏRİMƏLƏNƏCƏKSİNİZ

Sürücülərə XƏBƏRDARLIQ: Bunu etməsəniz, CƏRİMƏLƏNƏCƏKSİNİZBakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi (DYP) avtomobil sahiblərinə və sürücülərə nəqliyyat vasitələrində xüsusi komplektləşdirilmiş dərman qutularının vacibliyini qeyd edir.

BiG.AZ xəbər verir ki, bu barədə DYP bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

O qeyd edib ki, idarə edilən istənilən növ nəqliyyat vasitəsində xüsusi komplektləşdirilmiş dərman qutularının olması vacib şərtdir:
"Bu, "Yol hərəkəti haqqında" qanunla tənzimlənir. Nəqliyyat vasitəsində dərman qutularının olmamasına görə inzibati xəta tərkibi yaradır və sürücülər 10 manat məbləğində cərimə edilir. Ayrıca hər bir hərəkət iştirakçısı dərman qutularında olan dərman preparatları ilə baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı ilkin tibbi yardım göstərməyi də bacarmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1367   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş