Ali məktəblərdə boş qalan yerlərin SİYAHISI dərc olundu

Ali məktəblərdə boş qalan yerlərin SİYAHISI dərc olunduDövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 8-ci nömrəsini nəşr edib.

Big.az xəbər verir ki, bu barədə mərkəzin saytında məlumat verilib.

Bildirilib ki, "Abituriyent" jurnalının 8-ci nömrəsində 2020/2021-ci tәdris ili üçün Azәrbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin doldurulma qaydası, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslar, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi ilə tələbə qəbulunun proqnozu və digər zəruri məlumatlar Azərbaycan və rus dillərində təqdim olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 768   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş