"TikTok" ABŞ xəzinəsinə 5 MİLYARD DOLLAR ödəyəcək

"TikTok" ABŞ xəzinəsinə 5 MİLYARD DOLLAR ödəyəcəkABŞ-da fəaliyyətinin qadağan olunması təhlükəsi ilə üz-üzə qalan "TikTok"un sahibi, Çinin "ByteDanse" şirkəti dünyanın bu sahədə ikinci böyük şirkəti sayılan "Oracle" və pərakəndə satış nəhəngi "Walmart" ilə saziş imzalayıb.

BiG.AZ AzərTac-a istinadən xəbər verir ki, sazişə əsasən, ABŞ şirkətləri "Oracle" və "Walmart" Çin şirkətlərinin 20 faizini satın alacaq və bununla da "TikTok"un Amerikadakı əməliyyatlarını idarə edəcək. Üç şirkətin tərəfdaşlığı çərçivəsində mərkəzi ofisi ABŞ-da yerləşəcək "TikTok Global" şirkəti yaradılacaq.

"ByteDanse"dən alınan payın 12,5 faizinin "Oracle"a, 7,5 faizinin isə "Walmart"a aid olduğu bildirilib.

ABŞ-da 100 milyon istifadəçisi olan "TikTok"un ölkədə 25 min nəfər üçün məşğulluq təmin edəcəyi gözlənilir. "TikTok" ABŞ xəzinəsinə 5 milyard dollar vergi ödəyəcək.

Saziş yaxın vaxtlarda Çin hökuməti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 439   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş