Ermənistanda müxalifət lideri HƏBS OLUNDU

Ermənistanda müxalifət lideri HƏBS OLUNDUYerevan Məhkəməsi hakim Mnasakan Martirosyanın sədrliyi ilə "Çiçəklənən Ermənistan" Partiyasının lideri Qaqik Sarukyan barəsində həbs qərarı çıxarıb.

Bu barədə Big.az Report-a istinadən xəbər verir.

Qaqik Sarukyan 2017-ci ilin parlament seçkilərində seçicilərin rüşvətlə ələ alınmasında, habelə digər cinayət əməllərində ittiham edilir.

İyunun 14-də Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları Qaqik Sarukyanın Arinj (Kotayksk əyaləti) icmasındakı evində axtarış aparıblar, o, bundan sonra bir neçə saat ifadə verib. Bütün bunlar xidmətin binası qarşısında kütləvi etiraz aksiyasına səbəb olub.

İyunun 16-da Sarukyan yenidən dindirilmək üçün Milli Təhlükəsizlik Xidmətinə çağırılıb, siyasətçi bundan sonra bildirib ki, ona qarşı iş qondarmadır.

İyunun 16-da Ermənistan parlamenti Baş Prokurorluğun Sarukyanın deputat toxunulmazlığından məhrum edilməsi və azadlıqdan məhrum olunması barədə vəsatətini təmin edib. İyunun 21-da məhkəmə prokurorluğun Qaqikin bu cinayət işi çərçivəsində həbsi haqqında xahişini rədd edib, ancaq Milli Təhlükəsizlik Xidmətinin müstəntiqləri qərardan şikayət ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 345   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş