XƏBƏRDARLIQ: Bu gün küçəyə çıxmayın

XƏBƏRDARLIQ: Bu gün küçəyə çıxmayınPrezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycanda koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda epidemiyaya qarşı işlərin daha da genişləndirilməsi məqsədilə kompleks tədbirlər davam etdirilir.

BiG.AZ xəbər verir ki, tədbirlər çərçivəsində sentyabrın 26-də səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxtdakı əsas küçə və prospektlərdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2 min əməkdaşının iştirakı ilə xüsusi kimyəvi maddələrlə növbəti– on üçüncü dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri həyata keçirilir.

Axşam saatlarınadək paytaxtın həm mərkəzi, həm də qəsəbə və yaşayış massivlərindəki küçələrdə də dezinfeksiya işləri aparılacaq. Bu zaman istifadə edilən maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq, paytaxt sakinlərinə əvvəlcədən KİV-lər vasitəsilə ciddi zərurət yaranmadığı halda küçəyə çıxmamaq barədə xəbərdarlıq edilib.

Daxili İşlər Nazirliyinin şəxsi heyəti hər dəfə olduğu kimi, bu dəfə də 20 ədəd xüsusi təyinatlı avtonəqliyyat vasitəsinin köməyi ilə gün ərzində keçirilən bu dezinfeksiya işlərində yaxından iştirak edir.

Küçələrdə aparılan dezinfeksiya işləri ilə yanaşı, Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin əməkdaşları xüsusi qrafikə uyğun olaraq qurumun balansındakı yaşayış binalarında, lift kabinələrində, həyətlərdə və yaşayış məhəllələrində, buradakı idman-əyləncə qurğularında, məişət tullantılarının atıldığı konteyner meydançalarında tibbi-profilaktik və dezinfeksiya tədbirlərini davam etdirirlər.

Qeyd edək ki, qış aylarında yağıntılar yağan zamanı dezinfeksiya işləri lokal xarakterli olacaq.

Xatırladaq ki, geniş dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı pandemiyanın fəsadlarından qorumaqdır. Bu istiqamətdə bütün lazımi tədbirlər görülür.

XƏBƏRDARLIQ: Bu gün küçəyə çıxmayın


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1314   Tarix: 26 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır" - Psixoloq

Hər il universitetə qəbul imtahanından sonra uğurlu nəticə göstərməyən abituriyentlərin intiharının şahidi oluruq. Bir çox hallarda onların intiharına səbəb valideyn təzyiqi olur. Mövzu ilə bağlı -a danışan psixoloq Gülnar Orucova bildirib ki, valideyn repititora verdiyi pula görə uşağı sıxışdırır. Validey

18.04.2024 394
.

Qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb

Mozambikdə əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən qayığın batması nəticəsində eyni ailədən 8 nəfər ölüb. xəbər verir ki, Mozambik Xəbər Agentliyinin məlumatına görə, ölkənin mərkəzi bölgəsindəki Zambezi çayında əlverişsiz hava şəraiti və həddindən artıq yüklənmə səbəbindən bi

17.04.2024 479
.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18.04.2024 611
.

"Rusiya XİN sözçüsünün Ermənistandan qovulan azərbaycanlılar faktını təsdiqləməsigörüləcək işlərin həcmcə böyük olacağına işarədir"

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir. Mövzu ilə bağlı -a danışan politoloq Elşən Manafov qeyd edib ki, Qər

18.04.2024 409
.

"Trans yağların yaratdığı bütün zərərli təsirlərdən qorunmağın ən asan üsulu balanslı qidalanmaqdır" - Qida eksperti

Azərbaycan bu ildən etibarən trans yağ turşuları ilə mübarizə sahəsində görülən işlərlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hazırlanan "Ölkələrin Qiymətləndirmə Aləti"ndə 2-ci səviyyədən 3-cü səviyyəyə yüksəlib. Qida eksperti Fərid Səfərov -a bildirib ki, süni trans yağ maye yağları

18.04.2024 494
.

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması

18.04.2024 341
.

Yaponiyanın qərbində ardıcıl zəlzələ oldu

Yaponiyanın qərbindəki Ehime prefekturasının sahilində yerləşən Bunqo-suido boğazında ardıcıl zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 6,4 və 5 bal gücündə baş verib. Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb. Qeyd edək ki, 6,4 maqnituda gücündə zəlzələ 50 kilometr dərinlikdə, 5 maqnitudal

18.04.2024 276
.

Şimşək çaxacaq, dolu düşəcək

Aprelin 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinə -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 isti, gündüz 22-2

18.04.2024 624
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 287