Bakıda motosikletlə avtomobil toqquşdu, xəsarət alan var

Bakıda motosikletlə avtomobil toqquşdu, xəsarət alan varBakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Big.az "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, "Su sonası" şadlıq sarayının yaxınlığında motosikletlə avtomobil toqquşub. Hadisə nəticəsində 1982-ci il təvəllüdlü Rzayev Rövşən İsgəndər oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona hər iki diz qapağının sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 632   Tarix: 25 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş