"Hərbi təlimə gedənlərə bir aylıq əlavə maaş verilsin" - TƏKLİF

"Hərbi təlimə gedənlərə bir aylıq əlavə maaş verilsin" - TƏKLİF"Ölkə qanunvericiliyinə əsasən, toplanışa cəlb olunanların istər özəl, istərsə də dövlətə məxsus iş yerləri saxlanılır və onların əməkhaqqı da verilir".

Bu sözləri Lent.az -a toplanışa çağırılanların iş yeri problemindən danışan "Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli deyib. O bildirib ki, son zamanlar sosial şəbəkələrdə təlimdə olanların iş yerləri ilə bağlı çoxlu suallar yaranıb:

"Hərbi qanunvericiliyə uyğun olaraq, ehtiyatda olan hərbi qulluqçuların toplanışı çox böyük ruh yüksəkliyi yaradıb. Bunun da əsas məqsədi odur ki, onlar müasir texnikalarla yaxından tanış olsunlar, bilik və bacarıqlarını artırsınlar. Digər ölkələrdə belə toplanışlar keçirilir. Ölkəmizdə əvvəllər də hərbi toplanışlar keçirilib. Bu, gələcəkdə də davam edəcək.

Ancaq sosial şəbəkədə hərbi toplanışa çağırılanların iş yerləri məsələsi barədə suallar yayılıb. Ölkə qanunvericiliyinə əsasən, toplanışa cəlb olunanların istər özəl, istərsə də dövlətə məxsus iş yerləri saxlanılır və onların əməkhaqqı da verilir. Ehtiyatda olan hərbi qulluqçular vətəni qorumaq kimi şərəfli bir iş üçün Müdafiə Nazirliyinin göstərişi ilə toplanışlara cəlb olunublar. Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi prosesi yaxından izləyir və bu xüsusda problemlə qarşılaşan ehtiyatda olan qulluqçular bizə və Səfərbərlik Xidmətinin istənilən şöbələrinə müraciət edə bilər. Düzü, inanmıram belə şey olsun, olsa da, bu məsələlər öz yerini tapar. Təşkilat olaraq, dövlət və özəl müəssisələrin rəhbərlərinə təşəkkür edəcəyik. Təklif edəcəyik ki, təlimlərdən gələn işçilərinə bir aylıq məvacib versinlər. Onlara xüsusi qayğı göstərilsin. Həmin kollektiv də bununla qürur duysun ki, onların üzvü həmin təlimlərdə iştirak etdilər. Nəzərə almaq lazımdır ki, təlimə gedən şəxs işdə 8 saat qalırdısa, toplanışa 24 saat ayaq üstə qalaraq, ailəsindən uzaqda vətəni, xalqı üçün gedib".

"Hərbi təlimə gedənlərə bir aylıq əlavə maaş verilsin" - TƏKLİFE.Həsənlinin sözlərinə görə, bölgələrdə hər gün onlarla insan təlimlərə getmək üçün müraciət edir:

"Baş redaktorlar, hərbi ekspertlər və digər ictimaiyyət nümayəndələri Səfərbərlik Xidmətinin fəaliyyətini çox yüksək qiymətləndirir. Qurum yarandığı gündən həm çağırış sistemində şəffaflıq gerçəkləşdi, həm də ehtiyatda olan qulluqçuların qeydiyyatı aparıldı. Hərbi qulluqçular hərbi ixtisaslar üzrə müəyyənləşdirildi. Məhz toplanışlar da həmin ehtiyatda olan hərbi qulluqçuların ixtisaslara bölünməsi nəticəsində asanlaşdı. Ehtiyatda olanların yaşadıqları, getdikləri yerlər, iş yerləri, hətta cib telefonlarına qədər hər şey öyrənilir. Bunun üçün xidmətin rayonlar üzrə şöbələrində bununla məşğul olan zabit və gizirlər var. Toplanışların və çağırışların həyata keçirilməsində ən böyük amil xalqımızın vətənpərvərliyidir. Buna görə də, gənclərimiz qısa bir müddətdə səfərbər oldular. Hətta Səfərbərlik Xidmətinin bölgələrdəki şöbələrinə hər gün onlarla, yüzlərlə müraciət olur ki, bizi niyə bu təlimlərə aparmırlar. Bir daha qeyd edim ki, müxtəlif ixtisasda olan hərbi qulluqçular bu prosesə cəlb olunur. Təlimə çağırılanlardan bəziləri deyir ki, ailələrimiz məlumatlandırılmayıb. Bütün təlimə çağırılanlara ailələri ilə əlaqə saxlamaq üçün şərait yaradılır. İctimai birlik olaraq, daim toplanışda olanlarla yaxından əlaqə saxlayırıq və görürük ki, onlarda böyük ruh yüksəkliyi var. Hərbi təşkilat olaraq, daim bu prosesləri izləyəcəyik. Dövlət və bayraq elə mövzudur ki, hər kəs bu barədə əlindən gələni etməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3489   Tarix: 25 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

17:36 0
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

14:33 0
.

"Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq"

"Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 389

10:46 0
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Bu avtomobillərlə taksi işləmək qadağan olunur

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. Bu barədə Nazirlər Kabineti "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifad

16:43 0
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

17:38 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

10:06 0
.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

16:57 0