"5 il unudulmaq üçün mübarizə apardım" - yenidən efirə qayıdan Samirə Mustafayeva

"5 il unudulmaq üçün mübarizə apardım" - yenidən efirə qayıdan Samirə MustafayevaXəbər verdiyimiz kimi tanınmış aparıcı Samirə Mustafayeva 5 ildən sonra yenidən efirə qayıdıb. AzTV-də xəbər aparıcısı kimi efirə gələn Samirə yeni görünüşü ilə hər kəsdə maraq oyadıb.

BiG.AZ xəbər verir ki, yeni görünüşü müzakirələrə səbəb olan aparıcı AzTV-nin rəsmi "Telegram" kanalına bununla bağlı müsahibə verib. O, bildirib ki, 5 il ərzində unudulmağa çalışsa da tamaşaçı onu unutmayıb:

"5 il ərzində heç bir yerdə görünmədiyim üçün zahirimdəki dəyişiklik tamaşaçıya qəribə gəldi. Mən əvvəllər də tez-tez dəyişiklik edirdim. 5 il əvvəl də bir gecə yatıb səhər saçlarını qısa kəsdirən, qara saçı sarı rəngə boyayıb efirə çıxan mən olmuşam. Tamaşaçılar, bəlkə də o dövrləri unudub. Amma illər, aylar insanı dəyişir axı. Bu illər ərzində çox aparıcımız dəyişib. Üzdə olan insanların dəyişdiyini görə-görə gəlmişik deyə bizə qəribə gəlmir. Mən isə uzun müddət heç yerdə görünmədiyim üçün belə bir reaksiya normal qarşılanandır. Dəyişikliyim müzakirə olunubsa, bunun özü belə mənə xoşdur. Bütün bunlar göstərdi ki, tamaşaçı məni unutmayıb. Əslində, məni televiziyaya tamaşaçı qaytardı. Sizə maraqlı bir xasiyyətimi deyim: mən rəsm çəkməklə sakitləşən adamam. Bununla sanki neqativi atıram üzərimdən. Buna görə də efirdə olmadığım illərdə başımı makiyaj etməyi öyrənməklə qatdım, nəsə yaratmağa çalışdım. Şəxsi instaqram səhifəmdə bu tip əl işlərimi paylaşarkən belə "Samirə xanım, efirə nə zaman qayıdırsınız?" yazanların sayı-hesabı olmurdu. İnsanların bu çağırışları məni geri qaytardı. Halbuki əvvəl unudulmaq istəyirdim. Bu 5 ildə mübarizə aparırdım ki, unudulum, yaddan çıxım.Amma tamaşaçım məni geri qaytara bildi".

"5 il unudulmaq üçün mübarizə apardım" - yenidən efirə qayıdan Samirə MustafayevaSamirə


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5656   Tarix: 25 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş