Koronavirusla mübarizə aparanlara MÜKAFAT ÖDƏNİLDİ

Koronavirusla mübarizə aparanlara MÜKAFAT ÖDƏNİLDİAzərbaycan Respublikası Nazirlər Kabinetinin 25 mart 2020-ci il tarixli 112 nömrəli Qərarına və 1 aprel 2020-ci il tarixli Sərəncamına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən iyul ayı üzrə yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq müddətli əlavə və 58 nəfər könüllüyə mükafat ödənilib.

Big.az xəbər verir ki, Agentlikdən "Report"a verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aylıq vəzifə maaşının 3, 4 və 5 misli məbləğində müəyyən edilib. Qərara əsasən özəl tibb müəssisələrində çalışan 24 nəfər tibb işçisinə iyul ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 44 242 manat məbləğində müddətli əlavə ödənilib. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanır.

58 nəfər könüllüyə isə sözügedən sərəncama əsasən aylıq 250 manat olmaq şərtilə, iyul ayı üzrə ümumilikdə 14 500 manat məbləğində mükafat ödənilib. Bu məbləğdən əməkhaqqına dair tutulmalar hesablanmır.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin müvafiq sərəncamına uyğun olaraq, Agentlik tərəfindən COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə aşağıdakı aylar üzrə də iş vaxtına mütənasib olaraq müddətli əlavələr ödənilib:

İyun ayı üzrə 42 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq 89 782 manat;
May ayı üzrə 43 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq 105 011 manat;
Aprel ayı üzrə 49 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq 82 216 manat.
4 ay ərzində ümumilikdə 158 nəfər tibb işçisinə iş vaxtına mütənasib olaraq ümumilikdə 321 251 manat məbləğində müddətli əlavə ödənilib.

Sözügedən sərəncama uyğun olaraq COVID-19 infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən könüllülərə aşağıdakı aylar üzrə mükafat ödənilib:

İyun ayı üzrə 31 nəfər könüllüyə 7750 manat;
May ayı üzrə 34 nəfər könüllüyə 8500 manat;
Aprel ayı üzrə 28 nəfər könüllüyə 7000 manat.
4 ay ərzində ümumilikdə 151 nəfər könüllüyə 37 750 manat məbləğində mükafat ödənilib.

Nəzərinizə çatdırırıq ki, modul tipli xəstəxanaların yaxınlıqdakı şəhər xəstəxanalarına təhkimolunması ilə bağlı hazırda hüquqi prosedurlar həyata keçirilməkdədir. Bu prosedurlar başa çatdıqdan sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən göndərilən siyahılara uyğun olaraq əvvəlki digər aylar üzrə müddətli əlavə və mükafatların ödənilməsi davam edəcək.

Qeyd edək ki, TƏBİB koronavirus pandemiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçiləri və könüllülər barədə siyahıları Agentliyə təqdim etdikdən sonra, Agentlik 3 iş günü ərzində müddətli əlavə və mükafatların ödənilməsini təmin edir.

TƏBİB tərəfindən avqust ayı üzrə siyahılar Agentliyə təqdim edildikdən sonra müddətli əlavə və mükafatların ödənilməsi həyata keçiriləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 753   Tarix: 25 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

28.03.2024 238
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28.03.2024 662
.

Paşinyan Qarabağ separatçılarından imtina etdi: "Tanımırıq"

Ermənistan sürgündə olan heç bir "Dağlıq Qarabağ hökuməti"ni tanımır. Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin martın 28-də keçirilən iclasında bildirib. Onun sözlərinə görə, belə açıqlamalar Ermənistanın milli təhlükəsizliyini təhdi

28.03.2024 322
.

Sabah 20° isti olacaq

Mart 29-na gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperatur

28.03.2024 223
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

28.03.2024 341
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

Azərbaycanın Əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın Əməkdar artisti Rahib Əliyev vəfat edib. xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Bildirilib ki, Əməkdar artist bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlə

28.03.2024 839
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

28.03.2024 395