Başı onlayn dərsə qarışan müəllimin uşağı 7-ci mərtəbədən YIXILIB ÖLDÜ - FOTO

Başı onlayn dərsə qarışan müəllimin uşağı 7-ci mərtəbədən YIXILIB ÖLDÜ - FOTOTürkiyənin Konya şəhərinin Çumra qəsəbəsində fərqli məktəblərdə müəllimlik edən Mustafa və Deniz Bayram cütlüyünün azyaşlı övladları faciəvi şəkildə ölüb.

BiG.AZ Milli.Az-a istinadən xəbər verir ki, cütlüyün pandemiya ilə əlaqədar distant təhsil keçmələri üçün qonşularının evinə qoyduqları 1,5 yaşlı uşaqları 7-ci mərtəbənin eyvanından yıxılaraq vəfat edib.

Məlumata görə, azyaşlı Kumsal adlı qız uşağı qonşunun eyvanındakı stolun üstünə çıxarkən müvazinətini itirərək yıxılıb. Uşağın yıxıldığından xəbər tutan valideyinləri və qonşu aşağı enəndə artıq uşağın keçindiyini görüblər. Ata Mustafa Bayramın yaşadığı dəhşət anbaan kameralara düşüb.

Azyaşlının cənazə namazı qılınıb, ardından torpağa tapşırılıb.

Başı onlayn dərsə qarışan müəllimin uşağı 7-ci mərtəbədən YIXILIB ÖLDÜ - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2952   Tarix: 24 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş