Onlayn təhsil müəllim və şagirdlərin psixologiyasina BELƏ təsir edir - AÇIQLAMA

Onlayn təhsil müəllim və şagirdlərin psixologiyasina BELƏ təsir edir - AÇIQLAMAKoronavirus (COVID-19) pandemiyası səbəbi ilə orta məktəblərdə dərslər martın 3-dən təxirə salınıb. Ənənəvi formada tədris yalnız ibtiadi siniflərdə həftədə 2-3 dəfə olmaqla aparılır. Bəs onlayn təhsil müəllim və şagirdlərin psixologiyasına necə təsir edir?

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov açıqlama verib:

"Online" təhsil dövrü yeni başladığı üçün birinci mərhələdə müəllim və şagirdlərin adaptasiyasında müəyyən çətinliklərin yaranması normal hal kimi qəbul olunur. Çünki virtual sistemdə ümumi sinfi idarə etmək, uşaqların diqqətini dərsə yönəltmək, tapşırıqlara nəzarət etmək və dərs prosesini aparmaq məsuliyyət və səbir tələb edən işdir. Eyni zamanda sinfin motivasiyasını yüksək tutmaq bu məqamda müəllimlərin üzərinə düşən öhdəliklərdən biridir.

Şagirdlərdə isə bu dönəmdə "online" rejimə adaptasiya çətinliyi, dərslərə qarşı demotivasiya halları daha çox müşahidə olundu. Hazırda "online" təhsilin ikinci mərhələsində bu kimi psixoloji narahatlıqlar üzərində məktəb psixoloqları psixoprofilaktik iş apardığı üçün şagirdlərdə qeyd olunan problemlərin dərəcəsi azalmağa başlandı.

Onlayn sistemdə həmyaşıdları ilə ünsiyyətdə ola bilməmə sosial defisit yaratsa da, uşaqlarda bütün şəraitlərə uyğunlaşma, psixoloji dayanıqlığın artması və böhran vəziyyətlərində həll yollarının müəyyən olunması kimi bacarıqlar formalaşdı. Eyni zamanda müəllimlər daha çox valideynlərlə əlaqə saxlayaraq, uşaqların problem yaşadığı məqamlar üzərində birgə iş apardılar. Bu isə müəllim, şagird, valideyn və məktəb psixoloqu əməkdaşlığının formalaşmasına səbəb oldu. Hər bir şagirdin internetə çıxışının olmaması onlayn dərs saatlarına qoşulmanı çətinləşdirir. Bunun alternativ yolu kimi teledərslər keçirilir. Bu istiqamətdə uşaqlar müxtəlif dərs saatlarında müvafiq fənlərə uyğun mövzuları dinləyə bilirlər.
İstər virtual məktəb, istərsə də teledərslər ənənəvi məktəblə eyni tutulmasa da, hazırki pandemiya şəraitində daha məqsədəuyğun hesab olunur. Burada isə uşaq və müəllimlərdə adaptasiya çətinliyinin aradan qaldırılması və psixoprofilaktik tədbirlərin, psixoloji maarifləndirmə işlərinin aparılması olduqca vacib məqamdır. Çünki şagird və müəllimlər eyni zamanda postpandemiya dövrünə hazırlanmalı və həmin anda yaşanacaq problemlərin qarşısı alınmalıdır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2122   Tarix: 24 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Həkim üzün vəziyyətinə görə diaqnoz edilən təhlükəli xəstəlikləri açıqladı

Asimmetrik üz insultun ilk əlamətlərindən biri ola bilər. Bu barədə rusiyalı onkoloq İvan Karasev danışıb. Onun sözlərinə görə, əksər xəstəliklər insanın üzündə müəyyən izlər buraxır. "Üzdəki quru və çatlamış dəri bədənin susuz qalmasının bir əlamətidir. Bu simptom həm də tər vəzilərinin işi il

28.08.2021 914