Azərbaycanda bu ayda SOSİAL PARTLAYIŞ GÖZLƏNİLİR - xeberler

Azərbaycanda bu ayda SOSİAL PARTLAYIŞ GÖZLƏNİLİR

Azərbaycanda bu ayda SOSİAL PARTLAYIŞ GÖZLƏNİLİRXəbər verdiyimiz kimi dünya iqtisadiyyatının pandemiyanın vurduğu zərərlə əlaqədar nə zaman dirçələcəyi vaxt açıqlanıb.

Bildirilir ki, dünya iqtisadiyyatı COVID-19 pandemiyası üzündən ortaya çıxan böhranı 5 il ərzində dəf edəcək.

"Reuters" xəbər verir ki, bu barədə Dünya Bankının baş iqtisadçısı Karmen Reynhart bildirib.

"Karantinlə bağlı məhdudiyyətlərin ləğv olunmasından dərhal sonra sürətli qayıdış mümkündür, amma tam şəkildə düzəlmək üçün 5 il vaxt lazım gələcək", - ekspert Madriddə keçirilən bir konfransa məsafədən qoşularaq qeyd edib.

Onun fikrincə, böhrandan sonra son 20 ildə ilk dəfə olaraq dünyada yoxsulluq səviyyəsi artacaq.

Dünyadakı böhranlı vəziyyət ölkəmizin iqtisadiyyatında hansı izlər buraxacaq? Pandemiyaya görə əhali arasında yoxsulluq səviyyəsi nə zamana təsadüf edəcək?

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a iqtisadçı- ekspert Akif Nəsirli danışıb:

"Dünyada pandemiya ilə əlaqədar ərzaq istehsalı problemi yaşayır. Həmin istehsal sahələri öz ritminə hələ qayıtmayıb. Problemlər var.

Noyabr ayından etibarən Azərbaycanda iqtisadiyyatda kiritik vəziyyət olacaq.

Azərbaycan əhalisinin gəlirlərinin son 20 ildə bu qədər aşağı düşdüyü müşahidə eilməyib. 2015-ci ildə devalvasiya olanda belə bu cür gərginlik yaşamayıb.

Əhalinin güzəranı pisləşəcək. Bununla da əhalinin harasa qazanc arxasınca getməsi gözləniləcək. Hazırda isə sərhədlərimiz bağlıdır deyə buna imkan olmayacaq. Sonda düşünürəm ki, pandemiyaya görə hazırkı vəziyyət sosial qarışıqlığa, hətta sosial partlayış səviyyəsinə gəlib çıxa bilər".