BƏDBƏXT HADİSƏ: Dolabda gizlənən uşaqlar...

BƏDBƏXT HADİSƏ: Dolabda gizlənən uşaqlar...Oynayarkən dolabın içində qalan uşaqlar orada boğularaq ölüb.

BiG.AZ "Republic World"ə istinadən xəbər verir ki, faciə Hindistanın Qucarat ştatında yaşanıb.

Məlumata görə, 10 yaşlı Harşil Patel və doqquz yaşlı Sohan Patel atılmış evə girib. Oyun zamanı onlar dolabın içinə giriblər.

Ev kəndin ucqarında olduğundan uşağı axtaran qohumlar, yoldan keçənlər onların kömək çağırışlarını eşitməyiblər.

Bir neçə saatdan sonra uşaqlar dolabın içində tapılıblar. Onlar müstəqil şəkildə qapını aça bilmədiklərindən boğularaq ölüblər.

Polis baş verənləri bədbəxt hadisə kimi qeydə alıb. (Oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1033   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş