Biznes-ledi yüzlərlə insanı qorxuya saldı - FOTO

Biznes-ledi yüzlərlə insanı qorxuya saldı - FOTOLondondan Hanoy şəhərinə gedən Nga Nguyen adlı iş qadını Vyetnam Hava Yollarına məxsus bir reysdə sərnişinlərə koronavirus yoluxdurub.

BiG.AZ "HaberGlobal"a istinadən xəbər verir ki, bu, Böyük Britaniyada aparılan araşdırmalar zamanı üzə çıxıb.

Gənc qadının səyahət yolunu izlədikdə, onun "super yoluxduran" olduğu müəyyən edilib. Belə ki, tədqiqatlar zamanı qadının təyyarədə ümumilikdə 14 sərnişin və iki heyət üzvünə koronavirus yoluxdurduğu ortaya çıxıb.

Bundan başqa, 27 yaşlı biznes-ledinin koronavirus testinin cavabı müsbət çıxmazdan əvvəl "Gucci" və "Saint Laurent" podiumlarına qatıldığı bildirilir.

Hesabat dərc olunandan sonra moda həftələrinə qatılan yüzlərlə insan Milan və Parisdən qayıtdıqdan sonra karantinə alınıb. (Oxu.az)

Biznes-ledi yüzlərlə insanı qorxuya saldı - FOTOBiznes-ledi yüzlərlə insanı qorxuya saldı - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1462   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş