Xalq və Əməkdar artist adını PAYLAYIBLAR - Aqil Abbas

Xalq və Əməkdar artist adını PAYLAYIBLAR - Aqil AbbasXəbər verdiyimiz kimi Milli Məclisin Mədəniyyət Komitəsinin bu yaxınlarda keçirilən iclasında mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov

Fəxri adlar və təqaüdlərin verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciətlərin daxil olduğunu deyib.

Onun sözlərinə görə, bu sahədə qayda-qanun yaradılmalı, mədəniyyət sahəsində xidmətləri olan şəxslər mükafatlandırılmalıdır.

Anar Kərimov bildirib ki, fəxri adların verilməsi zamanı öhdəliklərin də olması istənilir.

Maraqlıdır, fəxri adların verilməsində məhrumiyyətlər ola bilərmi? Yəni fəxri adlar kimlərə verilməlidir?

BiG.AZ xəbər verir ki, mövzu ilə bağlı Sonxeber.az-a Milli Məclisin Mədəniyyət komitəsinin üzvü, deputat Aqil Abbas açıqlama verib:

"Mədəniyyət sahəsində fəxri adları kimə gəldi payladılar. Həmin insanların xidmətləri nəzərə alınmadı.

Dövlət konsertində fonoqramma ilə oxuyanlara da xalq artisti adını verdilər. Ümumiyyətlə hansısa bir adı verəndə həmin şəxslərin görəcəyi işlərə baxılmalıdır.

Xalq artisti və Əməkdar artist adını bir ara payladılar. Məsələn, xanəndə Süleyman Abdullayevin 75 yaşı var əməkdar artistdi, amma dünənin uşağı dövlət tədbirində oxuyub onlara da bu adı veriblər.

Ad verilməsi yaşla bağlı deyil. Bir insanın sözügedən sahədə xidmətləri ola bilər. Məsələn Faiq Ağayev çoxdanın xalq artistidir və halal haqqı kimi bu adı alıb. Gərək onun yaşı gəlib 60 olsun, sanra alsın? Məsələnin yaşla bağlı qoyulması düzgün deyil.

Sadəcə olaraq bir sənətçinin xidmətləri, xalqa nələr verməyi nəzərə alınmalıdır.

Verilən fəxri ad geri alınmır, ölkə prezidentinin imzası və sərəncamı ilə verilir.

Fəxri adlar o zaman geri alına bilər ki, həmin adamın dövlətə qarşı xəyanəti, hansısa cinayətdə əli olsun".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1228   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

BMT-dən xəbərdarlıq: "Dünya fəlakətə doğru gedən bir yoldadır"

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib. Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerre

18.09.2021 672
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109