Hərbi maşın karvanına girən sürücüləri BU CƏZALAR gözləyir — DİQQƏT

Hərbi maşın karvanına girən sürücüləri BU CƏZALAR gözləyir — DİQQƏTSon vaxtlar respublikamızın yollarında tez-tez hərbi avtomobil karvanları görünür.

BiG.AZ Avtosfer.az-a istinadən bildirir ki, müharibə vəziyyətində olan ölkə üçün adi sayılan belə hallarda digər sürücülərin də müəyyən qaydalara riayət etməsi zərurəti yaranır.

Birincisi, həmin avtomobil karvanları mütəşəkkil nəqliyyat dəstəsi sayılır, çünki onlar yollarda xüsusi müşayiətlə hərəkət edirlər. "Yol hərəkəti haqqında" qanunun 1-ci maddəsinin 45-ci bəndində mütəşəkkil nəqliyyat dəstəsinə belə anlayış verilib: mütəşəkkil nəqliyyat dəstəsi qarşıda qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə təchiz edilmiş operativ nəqliyyat vasitəsinin müşayiəti ilə bir hərəkət zolağında bir-birinin ardınca faraları yandırılmış vəziyyətdə hərəkət edən üç və ya daha artıq mexaniki nəqliyyat vasitəsindən ibarət olan dəstədir.

Belə mütəşəkkil nəqliyyat dəstələri barəsində digər sürücülərin və başqa hərəkət iştirakçılarının vəzifələri də adıçəkilən Qanunda təsbit edilir. Bu Qanunun 40-cı, 46-cı, 47-ci və 48-ci maddələrini təhlil etdikdə məlum olur ki, operativ nəqliyyat vasitələri və onların müşayiət etdiyi mütəşəkil nəqliyyat dəstəsi bütün digər hərəkət iştirakçılarına, yəni başqa sürücülərin idarə etdiyi avtomobillərə, velosipedlərə, piyadalara, hətta yolda gedən at arabalarına münasibətdə üstünlüyə malikdir. Ona görə də mütəşəkkil nəqliyyat dəstəsi, o cümlədən hərbi avtomobil karvanı gəldikdə bütün hərəkət iştirakçıları onlara yol verməlidirlər. Onlar hətta lazım gəldikdə yolun kənarına çıxaraq dayanmaqla, yaxud yolayrıcı qarşısında dayanmaqla belə karvanların tam keçməsinə qədər gözləməlidirlər.

"Yol hərəkəti haqqında" Qanunun 48-ci maddəsi digər sürücülərin mütəşəkkil nəqliyyat dəstəsinə, o cümlədən hərbi avtomobil karvanına qoşularaq hərəkət etməsini qadağan edir. Başqa sözlə, hər hansı kənar sürücü hərbi avtomobil karvanındakı avtomobillər arasına keçərək onlarla bərabər hərəkət edə bilməz. "Yol hərəkəti haqqında" Qanunun mütəşəkkil nəqliyyat dəstəsinin hərəkəti ilə bağlı tələblərini pozan digər hərəkət iştirakçısı müvafiq qaydada məsuliyyət də daşıyır. Ən sərt məsuliyyət sürücülər barəsindədir: İnzibati Xətalar Məcəlləsinə (İXM) əsasən, xüsusi səs, qırmızı və ya göy sayrışan işıq siqnalı verən, keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə (həm də onların müşayiət etdiyi nəqliyyat dəstəsinə) yol verilməməsinə və ya belə nəqliyyat vasitəsinin müşayiət etdiyi mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsinə görə sürücü 100 manat cərimə edilməklə onun barəsində 3 cərimə balı da tətbiq edilir. Mütəşəkkil nəqliyyat dəstəsi yaxınlaşarkən yolun hərəkət hissəsini tərk etməyən piyada 20 manat, velosipedçi isə 40 manat cərimə ediləcək. İXM-də müvafiq cərimə nəzərdə tutulmasa da, mütəşəkkil nəqliyyat dəstəsinə (o cümlədən hərbi avtomobil karvanına) mane olan (yol verməyən) mal-qara ötürənlər və at arabası sürənlər də hərəkət qaydalarını kobud şəkildə pozmuş olacaqlar.

Hərbi avtomobil karvanına yol vermədiyinə görə və ya belə karvana qoşularaq hərəkət etdiyinə görə qəzaya düşən sürücülər isə nəticəyə uyğun olaraq cinayət məsuliyyətinə (isanların sağlamlığına az ağır və ya ağır zərər dəydikdə, yaxud ölüm olduqda) və ya inzibati məsuliyyətə cəlb ediləcəklər. Belə halda həmin sürücü vurduğu ziyanı da ödəməli olacaq.

Yuxarıda qeyd olunları nəzərə alaraq, sürücülərə demək istəyirəm ki, yollarda hərbi nəqliyyat karvanı gördükdə çox diqqətli olsunlar, onlara mane olan manevrlərdən və hərəkətlərdən çəkinsinlər, hətta onların rahat və fasiləsiz hərəkəti üçün şərait yaratsınlar. Bunu hər kəs sadəcə hüquqi məsuliyyətdən qorxduğuna görə yox, bir vətəndaş olaraq etməlidir. Unutmamalıyıq ki, ordu hər birimizindir və ona bacardığı dəstəyi vermək hər kəsin borcudur.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2813   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin TƏFƏRRÜATI - YENİLƏNİB

Qəbələdə 20 yaşlı qızın intiharı ilə bağlı detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən gənc qız nişanlı olub və nişanlısı təxminən bir ay bundan əvvəl avtoqəza nəticəsində dünyasını dəyişib. Bu gün isə onların toyu olacaqmış. Gənc qızın məhz bu səbəbdən intihar etdiyi deyilir. Dah

14:01 1298
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 527
.

Cavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış

Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər

15:10 356
.

"Şöhrətim məndən balamı aldı"

"Həyatımda "yaxşı ki"lər çoxdur, amma bir "kaş ki" də oldu. Bu isə istəməyərəkdən oldu. Səhnədəki Nazpəriyə məsləhətim, hamıya inanma. Çünki bunun ucbatından problem yaşayır. Elə insanlar var ki, onlara inanmaq olmaz. Bu mənim Nazpəriyə ən böyük tövsiyəmdir. Ətrafımda etibarlı

16:49 439
.

Bu insanlara tatu olmaz – Həkimdən XƏBƏRDARLIQ

Tatu bəzi insanlar üçün qəti şəkildə zərərlidir. xəbər verir ki, bu barədə dermatoloq-kosmetoloq Svetlana Jaboeva müsahibəsi zamanı deyib. Həkimin sözlərinə görə, tarixdə dəri xərçəngi, melanoma, skuamöz hüceyrəli və ya bazal hüceyrəli karsinoma olan insanlar döymələrdən çəkinməlidirlər. Ailəsində melanom

22.04.2024 661
.

Məleykə Əsədovanın 58 yaşı tamam olur

Bu gün Xalq artisti Məleykə Əsədovanın 58 yaşı tamam olur. BİG.az xəbər verir ki, aktrisa bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşım edib. "Bu yaşımı da eyni əqidədə, dəyişməyən xarakterimlə, sağlam vicdanla yaşayıb gördüyüm üçün Allahıma sonsuz şükür və təşəkkür edirəm. Nə yaxşı kı, dünyay

17:43 235
.

Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri aprelin 22-də başa çatıb. Bu barədə AZƏRTAC xəbər verib

00:22 314
.

General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı

Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. xəbər verir ki, bu barədə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM

10:13 852
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

13:10 239