"Xalq artisti yarıçılpaq soyunub maniken kimi..."- Deputat fəxri adlardan DANIŞDI

"Xalq artisti yarıçılpaq soyunub maniken kimi..."- Deputat fəxri adlardan DANIŞDIMilli Məclisin Mədəniyyət Komitəsinin bu yaxınlarda keçirilən iclasında mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Fəxri adlar və təqaüdlərin verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciətlər daxil olduğunu deyib.

Onun sözlərinə görə, bu sahədə qayda-qanun yaradılmalıdır:

"Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən sui-istifadə halları olub. Bu sahənin tənzimlənməsi üçün müəyyən hüquqi mexanizmlər hazırlanmalıdır. Mədəniyyət sahəsində xidmətləri olan şəxslər mükafatlandırılmalıdır. Fəxri adların verilməsi zamanı öhdəliklərin də olmasını istəyirik. O məramlara zidd olan hərəkətlərin edilməməsi ilə bağlı öhdəliklərin olması vacibdir. Biz gələcəkdə fəxri adlar verən zaman həmin şəxslər öz üzərlərinə müəyyən öhdəliklər götürəcəklər.

Bizim məqsədimiz odur ki, cəmiyyəti narahat edən məsələlərlə bağlı vətəndaş mövqeyi bildirsinlər".

BiG.AZ xəbər verirki, bununla bağlı Sonxeber.az-a deputat Fazil Mustafa danışıb:

"Belə bir çıxış müsbət bir addımdır. Burada ideoloji, siyasi, başqa xarakterli öhdəlik ola bilməz. Mənəvi öhdəlikdən söhbət gedə bilər. Çünki bu adı o qədər ucuzlaşdırıblar ki, artıq yarışa çeviriblər və xoşagələn deyil. Xalq artisti və yaxud da bu titulu daşıyan insanlar dəyərlərinə hörmət ilə yanaşmalı, cəmiyyət içində öz reputasiyasına diqqət etməlidir.

Bu cür öhdəliklər qoyula bilər. Mədəniyyət işçilərinə fəxri adların verilməsində yaş məsələsi nəzərə alınmamalıdır. Ad yaşın çoxluğuna görə verilmir, birbaşa istedadla bağlıdır. Cəmiyyətdə qazandığı auditoriya və yaratdığı əsərlərin sanballığı ilə əlaqədardır. Sənətdə yaş ilə nəsə müəyyən edilmir. Mənəvi deyəndə, məsələn, xalq artisti yarıçılpaq soyunub cəmiyyətə maniken kimi özünü təqdim etmək yerinə ən azı özünü tamam fərqli ampluada təqdim etməlidir.

Məsələn, toy müğənnisi kimi tanınma ənənəsindən çıxmalıdır, aldığı statusa daha diqqət qazandırmalıdır. Fəxri adı verəndə düşünməlidirlər ki, həmin adamlar bu ada layiqdir ya yox. Məhrumiyyətlər ola bilər. Kim layiq deyilsə, ən yaxşısı verməməkdir. Verib, sonradan niyə məhrum edilməlidir ki? Vicdanla yanaşılmalıdır. Qoy bu ad haqqı çatana verilsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2890   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704