Azərbaycanın bu tanınmış aktyoru avtomobildə GECƏLƏYİR - FOTO

Azərbaycanın bu tanınmış aktyoru avtomobildə GECƏLƏYİR - FOTOAkademik Milli Dram Teatrının aktyoru Elçin Əfəndi şəxsi avtomobilində gecələyir.

BiG.AZ xəbər verir ki, bu barədə "Ölkə.Az"-a aktyor özü məlumat verib. Aktyor bildirib ki, uzun müddətdir mənzil problemi var:

"Mənzil problemim subay vaxtımdan var. O vaxt qardaşımın mənzilində onlarla birlikdə yaşayırdım. Altı nəfər ikiotaqlı mənzildə məskunlaşmışdıq. Sonra ailə qurdum, övladım dünyaya gəldi və hazırda bir yaşı var. Bir müddət qardaşımın mənzilində yaşayandan sonra çətin oldu. Mən aktyoram, yaradıcı insanam. İnanın ki, qardaşımın evində yaşadığım otağın iki metr yarım uzunluğu var. Ailə qurandan sonra kirayəyə çıxdım. Düzdür, maaşlarımız artırıldı. Amma yenə də kirayədə qalmaq üçün kifayət etmir. Özünüz bilirsiniz ki, kirayələr elə də ucuz deyil, bahadır. Bir aydan sonra məcburən kirayədən çıxdım. Gördüm ki, digər xərcləri çatdıra bilmirəm. Danışdıqca məni qəhər boğur. Allah heç bir kişini belə sınağa çəkməsin. Neçə dəfə hətta intihar etmək həddinə gəlib çatmışam. Mən aktyoram, başqa iş bacarmıram, əlimdən heç nə gəlmir".

Aktyor bildirib ki, mənzil problemi ilə bağlı Prezident İlham Əliyevə məktubla müraciət edib və bundan sonra Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva tərəfindən qəbul edilib:

"Fərəh xanıma dedim ki, mən nə fəxri ad, nə heç nə istəmirəm. Sadəcə bir otaqlı mənzil istəyirəm ki, başımı soxum ora, yaradıcılıqla məşğul olum və bilim ki, ayın axırı heç kim gəlib məndən kirayə pulu istəməyəcək. Sonra teatrın direktoru Azərpaşa Nemətovun da yanında oldum. O da məni dinlədi, əlindən gələni etməyə çaışdı. Dedi ki, səbrli ol. Nə qədər səbrli olum? İlyarımdı sürünürəm. Üzr istəyirəm, insan öz balasını nə qədər "vatsap"la görər? Ailəmi aparıb Dağıstanda - kənddə qoymuşam. Övladımı ancaq telefonla görürəm, gözümdən gilə-gilə yaşlar axır. Bir ilə yaxındır ki, maşında yatıram. Qardaşımın evinə nadir hallarda gedirəm".

Azərbaycanın bu tanınmış aktyoru avtomobildə GECƏLƏYİR - FOTO


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4439   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Polislər bizi mühasirəyə alıb, şöbəyə apardı"

"Yaxşı maşınım, gəlirim, evim, yaşayışım var. Çox yaxşı yaşayıram. Pulunu yaxşı şeylərə xərcləməsən, heç vaxt yerinə gəlməyəcək. Mən də yaxşı şeylərə, xeyriyyəyə xərcləyirəm. Eləsi olur ki, pulu var, amma xeyriyyəçilik etmir. Kimsə yaxşılığa xərcləmirsə, canına xərcləyəcək". Axşam.az xəbə

16.09.2021 3763
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Bu səhnənin "Aşkı memnu"dan oğurlandığı iddia edildi

"Kanal D"də yayımlanan "Camdaki kız" serialı yenidən izləyicilərin tənqidlərinə tuş gəlib. Axşam.az-a istinadən xəbər verir ki, ekran işində baş rol ifaçılarından Nur Sürerin yeni ailə həyatı quran qızı ilə kürəkəninin ilk gecələrini yan evdən binoklla izləməsi bəyənilməyib. İzləyicilə

17.09.2021 4785
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207