Prezidentdən YENİ FƏRMAN: Artıq doğum və ölüm bu qaydada qeydə alınacaq

Prezidentdən YENİ FƏRMAN: Artıq doğum və ölüm bu qaydada qeydə alınacaqPrezident İlham Əliyev vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman imzalayıb.

Fərmanda qeyd edilir ki, doğumun və ölümün dövlət qeydiyyatı aşağıdakılar təmin edilməklə elektron qaydada həyata keçirilsin:

- doğumun və ölümün qeydə alınması üçün elektron qaydada müraciət edilməsi;

- doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsi, doğumun və ölümün qeydə alınması ilə bağlı şəhadətnamələrin və arayışların elektron qaydada verilməsi;

- doğumun və ölümün qeydə alınması ilə bağlı sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsi (ötürülməsi), eləcə də Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə digər aidiyyəti dövlət informasiya ehtiyatlarına və sistemlərinə ötürülməsi;

- doğumun və ölümün qeydə alınması sahəsində təhlillər aparılması, habelə məlumatların avtomatik ümumiləşdirilməsi və statistik hesabatların hazırlanması.

Fərmanın 1.4-cü bəndinin icrası ilə əlaqədar bu Fərmanın 4-cü və 6–8-ci hissələrində nəzərdə tutulan dövlət orqanları (qurumları) aşağıdakı məlumatların EHİS vasitəsilə əldə olunmasını təmin etməlidirlər:

2.1. şəxsin doğumunun qeydə alınması ilə bağlı:

2.1.1. soyadı, adı, atasının adı;

2.1.2. cinsi;

2.1.3. doğum tarixi;

2.1.4. doğulduğu yer;

2.1.5. valideynlərinin soyadı, adı, atasının adı və milliyyəti;

2.2. şəxsin ölümünün qeydə alınması ilə bağlı:

2.2.1. soyadı, adı, atasının adı;

2.2.2. cinsi;

2.2.3. doğum tarixi;

2.2.4. ölüm səbəbi;

2.2.5. öldüyü yer;

2.2.6. öldüyü tarix.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. "Doğum haqqında elektron şəhadətnamə"nin və "Ölüm haqqında elektron şəhadətnamə"nin formasını bir ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. doğum və ölüm faktını təsdiq edən sənədlər üzrə məlumatların, habelə vətəndaşların dəfni ilə bağlı məlumatların EHİS vasitəsilə ötürüləcəyi aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin siyahısını bir ay müddətində təsdiq etsin;

3.3. doğumun və ölümün elektron qaydada qeydə alınması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi doğumun və ölümün dövlət qeydiyyatının, bununla əlaqədar müvafiq şəhadətnamə və arayışların verilməsi ilə bağlı elektron xidmətlərin EHİS vasitəsilə göstərilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi:

5.1. doğumun və ölümün elektron qaydada qeydə alınması üçün "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanına uyğun olaraq, aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS vasitəsilə əlaqələndirilməsini, o cümlədən məlumatların real vaxt rejimində EHİS vasitəsilə ötürülməsini təmin etsin;

5.2. doğumun və ölümün qeydə alınması ilə bağlı məlumatların avtomatik ümumiləşdirilməsini, habelə təhlillərin aparılmasını və statistik hesabatların hazırlanmasını təmin etsin;

5.3. bu Fərmanın icrası məqsədilə aidiyyəti dövlət informasiya ehtiyatlarının və sistemlərinin mütəmadi qiymətləndirilməsini həyata keçirsin;

5.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi xaricdəki konsulluq idarələri tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə daxil olunmasını təmin etsin.

7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi:

7.1. tibb müəssisələri tərəfindən doğum və ölüm faktını təsdiq edən sənədlərin elektron sənəd formasında tərtib edilməsini və həmin sənədlər üzrə məlumatların real vaxt rejimində EHİS vasitəsilə Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə ötürülməsini təmin etsinlər;

7.2. aidiyyəti üzrə tibb müəssisələrini və təcili yardım briqadalarını zəruri avadanlıqla və internetə çıxışla təmin etsinlər.

8. Yerli icra hakimiyyəti orqanları yerli icra hakimiyyəti başçılarının inzibati ərazi dairələri və sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri (bundan sonra – yerli nümayəndəliklər) tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsini, həmin sənədlər üzrə məlumatların, eləcə də bələdiyyələrlə birlikdə vətəndaşların dəfni barədə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsini, habelə yerli nümayəndəlikləri zəruri avadanlıqla və internetə çıxışla təmin etsinlər.

9. Bu Fərmanın 4-cü və 6–8-ci hissələrində nəzərdə tutulan dövlət orqanları (qurumları):

9.1. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən qiymətləndirmənin nəticələrinə əsasən müvafiq informasiya ehtiyatlarını və sistemlərini təkmilləşdirsinlər;

9.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsinlər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3845   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Rəsmi nikah ancaq uşağın məktəbə və bağçaya qeydiyyatı aparılan zaman yada düşür" - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb. 2016-cı ildən bəri rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı 200 minə yaxındır.Ümumi statistikaya baxsaq, vətəndaş nikahların

12:07 412
.

Azyaşlı 6-cı mərtəbədən yıxılıb sağ qaldı

Rusiyanın Leninqrad vilayətində beş yaşlı uşaq altıncı mərtəbədən yıxılaraq sağ qalıb. -ın yerli mediaya istinadla məlumatına görə, hadisə Vsevolojsk rayonunun Staraya kəndində baş verib. Valideynlərinin nəzarətsizliyi ucbatından beş yaşlı qız altıncı mərtəbədə açıq pəncərədən yıxılıb. Uşaq təcili xəstəxanay

15:39 248
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 0
.

"Almanı atdım xarala" mahnısında əsas məna nə idi? - VİDEO

İctimai TV əfsanəvi "Qaya" qrupu tərəfindən ifa edilən "Almanı atdım xarala" mahnısının mənası ilə bağlı süjet hazırlayıb. Bildirilib ki, qədim zamanlarda insanlar almaları qışda da yemək üçün xaraldan istifadə edərdilər. İpdən toxunan xaral böyük kisəyə bənzəyirdi. Belə rəvayət edili

24.04.2024 484
.

Azərbaycanda əhalinin 75%-i "TikTok"un bağlanmasını İSTƏYİR

Dünyada sosial medianın mənzərəsi sürətlə dəyişir. Tədqiqatlar xüsusən "TikTok" media platformasının populyarlığının sürətlə artdığını və dünyada gənclər arasında ən çox istifadə edilən beş sosial media platformasından biri olduğunu göstərir. xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzini

15:32 185
.

Bakıda yaşayış binasında yanğın oldu

Bakının Xətai rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub. Bu barədə BİG.AZ-a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində ümumi sahəsi 100 m² olan 5 otaqlı mənzildə 3 ədəd yataq dəsti, 1 ədəd kreslo

24.04.2024 360
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

12:26 416
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 474
.

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

12:40 251