Həqiqi qazilər cəbhəyə üz tutur, saxta "qazi"lər isə dövlətin mülkünü zəbt edir

Həqiqi qazilər cəbhəyə üz tutur, saxta "qazi"lər isə dövlətin mülkünü zəbt edirAzərbaycanda müəyyən adlar, titullar var ki, cəmiyyətdə bir dəyər kimi qiymətləndirilir, ehtiram göstərilir. Məsələn Qarabağ müharibəsi qaziləri, şəhid ailələri, müharibə əlilləri dövlət tərəfindən tam qayğı ilə əhatə olunub, əhali arasında da bu şəxslərə böyük hörmət göstərilir. Lakin bəzi saxtakarlar dövlət qurumlarında və ictimaiyyət arasında Qarabağ qazilərinə göstərilən dərin hörmət hissindən sui-istifadə etməyə çalışırlar. Onlar saxta sənədlər, yalan məlumatlar təqdim edərək qanunsuz əməllərinə göz yumulmasını tələb edirlər.

"Report"un məlumatına görə, düşmənlə təmas xəttindən həyəcanlı xəbərlərin gəldiyi bu günlərdə gerçək döyüşçülər, həqiqi veteranlar cəbhəyə üz tutur, ordumuzun, əsgərlərimizin yanında olmağa çalışır, onlarla çiyin-çiyinə vuruşmağa can atırlar. Lakin bəzi saxtakarlar isə müharibə veteranı adından istifadə edib Bakıda xalqın torpağını zəbt edib, özünə biznes qurmaq haqqında planlar cızır.

Qarabağ, Vətən, Torpaq, Bayraq, Şəhid, Qazi kimi hər bir Azərbaycanlı üçün müqəddəs hesab olunan məfhumlardan istifadə edib özünə "biznes" quranlardan biri də Məmmədov Bəxtiyar Lətif oğludur. Milli qəhrəman, ikinci qrup əlil olduğunu deyən Bəxtiyar Məmmədov özünü qanunların fövqündə xüsusi imtiyazlı şəxs hesab edir. Maklerliklə məşğul olan Bəxtiyar Məmmədov qanunsuz tikinti işlərinə də pul müqabilində havadarlıq edir.

Həqiqi qazilər cəbhəyə üz tutur, saxta "qazi"lər isə dövlətin mülkünü zəbt edirMəsələn Sadiqov Tofiq Orucəli oğlu Biləcəri qəsəbəsində 500 mm-lik Şirvan-Böyükşor neft kəmərinin 10 metrliyində 4 sot boş torpaq sahəsini zəbt edib. O Biləcəri Bələdiyyəsindən aldığı saxta sənədləri əsas gətirərək burada ev tikmək istəyir. Lakin qanunvericiliyə əsasən neft kəmərindən minimum 50 metr məsafədə hər hansı tikinti işlərinin aparılması qadağandır. Elə buna görə də SOCAR-ın Təhlükəsizlik İdarəsinin əməkdaşları Tofiq Sadiqova zəbt etdiyi ərazidə tikinti işlərinin aparılmasına icazə vermir. Bundan sonra Tofiq Sadiqov Bəxtiyar Məmmədova müraciət edib. Bəxtiyar Məmmədov isə "Qarabağ qazisi" adından istifadə etməklə hay-küy salaraq, qalmaqal yaradaraq tikintini başa çatdıracağını deyib, bunun müqabilində isə Tofiq Sadiqovdan 4 min manat pul alıb.

Həqiqi qazilər cəbhəyə üz tutur, saxta "qazi"lər isə dövlətin mülkünü zəbt edirMühafizəçilər tərəfindən sentyabrın 19-da zəbt olunan torpaq sahəsində təməlqoyma işlərinin aparıldığı aşkarlanıb. Özünü tikintinin sahibi kimi təqdim edən Bəxtiyar Məmmədov nümayişkəranə şəkildə heç bir sənədinin olmadığını, "Qarabağ qazisi" olduğunu bildirib və buna görə də onun qanunsuz tikintisinə göz yumulmasını tələb edib.

"Mən bu torpaq uğrunda can qoymuşam, erməni generalın başını gətirmiş adamam, kimsə gəlib buradan bir dənə daş götürərsə, and olsun Allaha, onun qollarını qıraram" – deyə mühafizəçiləri və polis əməkdaşlarını təhdid edib.

Əslində, torpaq uğrunda həqiqətən can qoyan oğullar yeri gəldi-gəlmədi bu kəlməni dilinə gətirməz. Kim ki, müharibə veteranıyam deyib yaxasını cırırsa, buna görə nəsə tələb edirsə, həmin insanların səmimiyyətinə şübhə ilə yanaşmaq lazımdır. Ehtimalımız özünü doğrultdu, az qala hər sözünün əvvəlində "torpaq uğrunda can qoymuşam" deyən Bəxtiyar Məmmədovun müharibə veteranı adından istifadə edən saxtakar olduğu ortaya çıxdı. Müharibə vaxtı 15-16 yaşı olan Bəxtiyarın döyüşlərdə iştirak etməsi heç də inandırıcı görünmür. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən aldığımız məlumat da bunu təsdiq etdi. Belə ki, "Sosial ödənişlər" alt sistemində Bəxtiyar Məmmədovla bağlı heç bir məlumatın olmadığı bildirildi. Halbuki o həqiqi müharibə veteranı olsaydı, 80 manat təqaüd alardı və onun adı mütləq sistemə daxil edilərdi.

Həqiqi qazilər cəbhəyə üz tutur, saxta "qazi"lər isə dövlətin mülkünü zəbt edirBəxtiyar Məmmədov öz çirkin əməllərinə anasını da alət edib. Belə ki, o "toxunulmaz" şəxs imicini gücləndirmək üçün qardaşının müharibədə şəhid olduğunu bildirir, bunun təsdiqi kimi də anası üçün düzəltdirdiyi saxta vəsiqəni təqdim edir. Lakin Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyindən bu vəsiqənin saxta olduğu, onun seriya nömrəsinin başqa bir şəhid ailəsinə məxsus olduğu bildirilib.

Həqiqi qazilər cəbhəyə üz tutur, saxta "qazi"lər isə dövlətin mülkünü zəbt edirBəxtiyar Məmmədov müharibə veteranı adından başqa, müxtəlif qeyri-hökumət təşkilatlarının üzvü olmasından da istifadə edir. O özünün ictimai fəal obrazını yaratmaqla qanunsuz əməllərinin üstünü örtməyə çalışır. Əslində isə o ictimai fəal yox, cinayətkardır. Araşdırmamız zamanı məlum oldu ki, o 2019-cu ildə xeyli miqdarda ziyan vurmaqla törətdiyi dələduzluq əməlinə görə həbs olunub. Onun hazırda komendaturada qeydiyyatda olduğu təxmin edilir, şərti məhkumluq müddəti isə 2021-ci ilin fevral ayında bitir.

Həqiqi qazilər cəbhəyə üz tutur, saxta "qazi"lər isə dövlətin mülkünü zəbt edirGörünən odur ki, Bəxtiyar Məmmədov uzun müddətdir planlı şəkildə saxta vəsiqələr, qanunsuz sənədlər düzəldərək insanları, dövlət orqanlarının əməkdaşlarını aldatmağa çalışır. O törətdiyi bir cinayət əməlinə görə cəzası bitməmiş başqa cinayətlər törədir. Bütün bunlar onu deməyə əsas verir ki, Bəxtiyar Məmmədovun azadlıqda qalması cəmiyyət üçün böyük təhlükə mənbəyidir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1127   Tarix: 23 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib

Xəbər verdiyimiz kimi, Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyev "Formula 1" oyunlarının təşkili üçün ayrılmış 400 min manata yaxın pul vəsaitini mənimsəməkdə ittiham olunur. "Qafqazinfo" Çingiz Mehdiyev və onun cinayəti il

28.03.2024 618
.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28.03.2024 358
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

28.03.2024 656
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

28.03.2024 369
.

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir"

"Qazaxin anklav olmayan 4 kəndinin Azərbaycana qaytarilmasi hazarda danişiqlarin predmetidir,Ermənistan tərəfi bəlli kəndlərin qaytarilmayacaği təqdirdə rəsmi Bakinin onu təhdid etdiyini və hətta muharibənin başlana biləcəyini istisna etmir. Azərbaycanin bu kəndlərin qaytarilmayacaği təqdirdə çağirişlarind

28.03.2024 198
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204