Bakıda əcnəbi iş adamı oteldə İNTİHARA CƏHD ETDİ

Bakıda əcnəbi iş adamı oteldə İNTİHARA CƏHD ETDİBakıda intihara cəhd hadisəsi baş verib.

Big.az "Report"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda yerləşən "Reymon" otelində qeydə alınıb.

Gürcüstan respublikasının vətəndaşı, 1964-cü il təvəllüdlü Milkoşvili Levon Giorgiya oğlu bıçaqla özünə xəsarətlər yetirib. Yaralı çoxlu qan itirdiyinə görə huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qarnının ön divarının və hər iki saidin çoxsaylı kəsikləri diaqnozu qoyulub. Yaralı cərrahi əməliyyat olunub və həkim nəzarətində saxlanılır.

Hadisənin təfərrüatı araşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 910   Tarix: 22 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş