Koronavirusu məhv edən LAMPA HAZIRLANDI - Fotolar - xeberler

Koronavirusu məhv edən LAMPA HAZIRLANDI - Fotolar

Koronavirusu məhv edən LAMPA HAZIRLANDI - FotolarYaponiyanın işıqlandırma avadanlıqları istehsalçısı "Ushio Inc" şirkəti insan üçün təhlükəsiz olan və qapalı məkanlarda koronavirusu məhv edə biləcək ultrabənövşəyi lampalar istehsal etməyə başlayıb.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, şirkətin Kolumbiya Universiteti ilə birlikdə hazırladığı "Care 222" adlı lampaları otaqlarda, liftlərdə, qatarlarda, avtobuslarda, ofislərdə, mağazalarda və digər yerlərdə istifadə etmək mümkün olacaq.

222 nanometr dalğa ilə işıq saçacan lampalar insan sağlamlığı üçün təhlükəsizdir.

Şirkətdən verilən məlumata görə, "Care 222" 3 kv.m ərazidə 6-7 dəqiqə ərzində havadakı virus və bakteriyaların 99 faizini 2,5 metr məsafədən məhv edir.

Kitab ölçüsündə olan cihazın çəkisi 1,2 kiloqram, qiyməti isə 2860 dollardır.

Koronavirusu məhv edən LAMPA HAZIRLANDI - FotolarKoronavirusu məhv edən LAMPA HAZIRLANDI - Fotolar


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 662   Tarix: 22 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş