Bu qadın Acun İlıcalını BELƏ ALDATDI

Bu qadın Acun İlıcalını BELƏ ALDATDITürkiyəli iş adamı Acun İlıcalı ilə bağlı xəbər var.

BiG.AZ türk mediasına istinadən xəbər verir ki, Acun İlıcalı tələbələr üçün stolüstü kompüter bağışlamaq üçün yardım kampaniyasını başladıb.

Belə ki, bir qadın "İanə bağışlayacağam" deyə yardım etmək adı ilə canlıya qoşulduqdan sonra əslində övladlarına kompüter istəmək üçün əlaqə saxladığını bildirib.

Qadın yalan danışdığına görə özünü müdafiə edərək bunları deyib:

"Sizinlə başqa cür əlaqə saxlaya bilməzdim, Acun bəy. Mənim uşaqlarımın 2 kompüterə ehtiyacı var. Mənim başqa şansım yox idi".

Acun isə həmin qadın ilə yaxından maraqlanacağına dair söz verib və "Bizim insanımız çətini bacarır. 3 dəfə zəng etdikdən sonra bizimlə əlaqə saxlaya bilib. Halal olsun".

Fidan Bayramova


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3687   Tarix: 22 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş