Payızda "İKİNCİ DALĞA": Karantin rejimi sərtləşdirilə bilər... - VİDEO

Payızda "İKİNCİ DALĞA": Karantin rejimi sərtləşdirilə bilər... - VİDEOTəəssüflər olsun ki, koronavirus pandemiyasının payız aylarında aktivləşəcəyi ilə əlaqədar proqnozlar öz təsdiqini tapmağa başlayır. Yay mövsümündə yoluxma sayının azaldığı ölkələrdə sentyabrda yenidən yoluxma sayında aktivləşmə qeydə alınmağa başlayıb. Azərbaycanda da avqusta nisbətən yoluxma sayında artım qeydə alınır. Vətəndaşlar qaydalara riayət etmədiyi, tibbi maska taxmağı təqdirdə yoluxmanın daha da artacağı ehtimal edilir. Bu haqda bizə maraqlı olan bütün sualları TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev cavablandırdı. O bildirdi ki, iyuldakı kimi yoluxma sayı artarsa, karantin rejimi yenidən sərtləşdirilə bilər.

BiG.AZ xəbər verir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı ətraflı sujet hazırlanıb.

Vasif Əliyev – TƏBİB-in işçi qrupunun rəhbəri, infeksionist: "Biz daha da diqqətli olmalıyıq. Yumşaldılmaya gedilməsi o demək deyil ki, artıq biz bu bəladan tam qurtulmuşuq. Ara məsafəsi qorunmalıdır, özəlliklə qapalı məkanlarda maska taxılmalıdır, şəxsi gigiyena qaydalarına mütəmadi olaraq əməl olunmalıdır ki, biz bu xəstəlikdən özümüzü qoruya bilək".

Həkim-İnfeksionist həmçinin uşaqların tibbi maskadan istifadə etməsi mövzusuna da toxundu. Onun sözlərinə görə, uşaqların tibbi maskadan istifadəsi mütləq deyil.

Vasif Əliyev – TƏBİB-in işçi qrupunun rəhbəri, infeksionist: "10 yaşdan aşağı olan uşaqlarda, ibtidai sinifə gedən uşaqlarda maskanın istifadəsi ilə bağlı dünyada tövsiyə yoxdur. Çünki böyük insanlar belə maskadan düzgün istifadə edə bilmir, ona görə də uşaqların bunu yalnış istifadə etməsi xeyirdən çox zərərə səbəb ola bilər".

Payız ayları həm də qrip virusunun daha çox aktiv olduğu aylardır.

Qriplə COVİD-19-un əlamətləri çox bənzərdir. Bəs koronavirus infeksiyasını qripdən fərqləndirən cəhətlər hansılardır?

Vasif Əliyev – TƏBİB-in işçi qrupunun rəhbəri, infeksionist: "COVİD-19-un bəzi əlamətləri var ki bunlar iy bilmə və dad bilmənin itməsidir ki, bu qripdən daha çox koronavirusa aiddir. Eyni zamanda qripdə bəzi dərmanlar istifadə olunur ki, bu dərmanlar COVİD-19-un müalicəsində yararlı deyil".

Qeyd edək ki, ölkəmizdə 39 mindən artıq şəxs COVİD-19 infeksiyasına yoluxub. Onlardan 36 mindən çoxu sağalıb, 500 nəfərdən çoxu isə vəfat edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1604   Tarix: 22 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Allergiyası olanlar COVID-19-dan müalicə ala bilər?

Koronavirusa yoluxan xəstə ilk olaraq həkim tərəfindən müayinə olunmalı, xəstəliyin ağırlıq dərəcəsi və klinik formaları müəyyən edilməlidir. Ağırlıq dərəcəsinə görə isə yüngül, orta ağır, ağır və çox ağır olaraq bölünür. Burada da hər birinə ayrıca yanaşma olur. Üstəlik də hər bir xəstənin yanaşı xəstəliy

11.09.2021 941
.

"Miasteniya Gravis" xəstələri vaksin vurdura bilər? - AÇIQLAMA

Elə xəstəliklər var ki, tibb elmi səbəblərini 100 illərdir, sonadək müəyyən edə bilmir. XVII əsrdən tibbə bəlli olan Miasteniya ("əzələ zəifliyi" anlamını verir) xəstəliyi də bu siyahıya aiddir. Miasteniya - immunitetin pozulması nəticəsində baş qaldıran klassik autoimmun əsəb-əzələ xəstəliyidir

08.09.2021 863
.

"Dəri problemləri və saç tökülmələri ginekoloji xəstəliklərin əlaməti ola bilər" - VİDEO

"Dəri problemləri və saç tökülmələri bəzən hansısa ginekoloji xəstəliklərin əlaməti ola bilər". xəbər verir ki, bu sözləri mama-ginekoloq Şölə Əkbərova MediaPost TV-də çıxışı zamanı bildirib. Dəri problemlərinin yetkinlik dövrünə təsadüf etdiyini bildirən həkim, yanlış aparılan müalicələri

31.08.2021 1465
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

Həddən artıq arıq olmaqdan bezmisiniz?

Samyun Wan məhsul haqqında. 1 kurs üçün 4 kiloqramdan 8 kiloqrama qədər çəki əldə edəcəksiniz. 100% zəmanətli nəticə. Samyun wan İndoneziyadan 100% orijinal kapsul. İştaha, metabolizmaya və kilo almağa dərhal təsir edir. Əlavə olaraq, bu kapsulaların bir çox faydalı xüsusiyyətləri və istifadə edilməsini

08.09.2021 1767
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542