İki uşaq anası həyat yoldaşı tərəfindən SİLAHLA VURULDU

İki uşaq anası həyat yoldaşı tərəfindən SİLAHLA VURULDUTürkiyənin Çorum bölgəsində iki uşaq anası əri tərəfindən silahla vurulub.

BiG.AZ xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.

Bildirilir ki, 32 yaşlı Dəniz Y. həyat yoldaşı 38 yaşlı Sərdar Y. tərəfindən mübahisə əsnasında silahla ayağından vurulub. Hadisə onların yaşadığı məhəllənin yaxınlığında baş verib.

Təcili tibbi yardım briqadasının ilk müdaxiləsindən sonra qadın xəstəxanaya aparılıb və əməliyyat olunub. Vəziyətinin kafi olduğu bildirilir.

Sərdar Y. isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanıb.

Faktla bağlı araşdırma aparılır./Oxu.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1617   Tarix: 21 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş