"WhatsApp"da yeni FUNKSİYA

"WhatsApp"da yeni FUNKSİYA"WhatsApp" messenceri bir hesaba bir neçə qurğunun bağlanmasına imkan verən funksiya işə salır.

BiG.AZ xəbər verir ki, bu funksiyanın yekun versiyası artıq hazırdır və yaxın zamanlarda beta-sınaqlar işə salınacaq.

Yeniliyə əsasən, "WhatsApp"da "Əlaqəli qurğular" düyməsi peyda olacaq.

Bu funksiya vasitəsilə bir hesaba 4-dək qurğu bağlana biləcək. Bir dəfə bağlandıqdan sonra digər qurğulardan hesaba smartfonun köməyi olmadan qoşulmaq mümkün olacaq. Həmin qurğularda yazışma tarixçəsini, oxunma işarəsini sinxronlaşdırmaq mümkün olacaq.\ Xezerxeber


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3233   Tarix: 21 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş