Azərbaycanda valideynlər uşaqlarını məktəbə göndərməkdən İMTİNA ETDİLƏR
Azərbaycanda ibtidai təhsil səviyyəsində təhsil alanların 1,26 faizinin valideyni iltizam formasını imzalayaraq uşağını məktətəbə göndərməkdən imtina edib.
Big.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən "Report"un sorğusuna cavab olaraq bildirilib.
Qeyd olunub ki, əyani və məsafədən təhsildə şagirdlərin davamiyyətinə gündəlik nəzarət olunur, azalma müşahidə edilmir:
"Yerli təhsili idarəetmə orqanlarından aldığımız məlumata əsasən, ibtidai təhsil səviyyəsində təhsil alanların 1,26 faizinin valideyni iltizam formasını imzalayıb".
Xatırladaq ki, bir neçə gün öncə məktəblərə göndərilən metodiki göstərişlərdə valideynlərin pandemiya dövründə məktəbli övladlarında və ya digər ailə üzvlərində tənəffüs yolları şikayətləri, qızdırma, öskürək, nəfəs darlığı, ishal, COVID-19 xəstəliyi ilə bağlı hər hansı şikayətlər olduqda, övladını məktəbə gətirməməsi və bu vəziyyətlə bağlı məktəb rəhbərliyinə məlumat verməsi haqqında iltizam imzalayacağı əksini tapıb.
Həmçinin metodiki göstərişdə valideynin pandemiya dövründə övladının ümumi təhsil müəssisəsinə gəlməsini onun səhhəti üçün təhlükəli hesab etdiyi halda, onun teledərslərə baxmasını, virtual dərslərdə iştirakını, müəllimləri tərəfindən verilmiş tapşırıqların vaxtında yerinə yetirməsini və eləcə də müstəqil öyrənməsini təmin edəcəyi barədə yazılı öhdəlik götürməsi də qeyd olunub.
Nazirlər Kabinetinin qərarı ilə ümumi təhsil müəssisələrində ümumi təhsilin ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə şagirdlər sentyabrın 15-dən məktəbə gedir.
Habelə, xüsusi məktəblərdə, xüsusi internat məktəblərində, ümumtəhsil internat məktəblərində, inteqrasiya təlimli internat tipli təhsil müəssisələrində, inteqrasiya təlimli internat tipli gimnaziyalarda, valideyn himayəsindən məhrum uşaqlar üçün ümumtəhsil internat məktəblərində 2020-ci il sentyabrın 15-dən dərslər başlayıb.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 3774 Tarix: 21 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanda sayt rəhbəri həbs olundu
"Məclis.info" saytının rəhbəri İmran Əliyev həbs edilib. "Qafqazinfo"nun məlumatına görə, Xətai Rayon Məhkəməsi belə qərar qəbul edib. Qərara əsasən İ. Əliyev haqda iki ay bir günlük həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, sayt rəhbəri ötən gün hava limanında saxlanılıb. On
19.04.2024 269 Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"
"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla
18.04.2024 1446 Bu dəfə ən yüksək nəticəni onlar göstərdi - Siyahı
Xəbər verdiyimiz kimi, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub. "Qafqazinfo" xəbər verir ki, imtahan iştirakçıları arasında 6 nəfər 300 bal toplamaqla ən yüksək nəticəni göstərib. Həmin şagirdlərin siyahısın
19.04.2024 265 UNICEF: "Qəzzada hər 3 evdən 2-si dağılıb və ya zədələnib"
UNICEF-in sözçüsü Ceyms Elder, İsrailin intensiv hücumları altında olan Qəzzada hər 3 evdən 2-nin dağıldığını və ya zədələndiyini açıqlayıb. xəbər verir ki, bir müddətdir Qəzzada çalışan Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNICEF) sözçüsü Ceyms Elder X sosial media platformasında İsraili
18.04.2024 216 Britaniya şahzadəsi ABŞ vətəndaşı oldu
Kral II Çarlzın oğlu və Böyük Britaniya taxtının növbədə beşinci varisi olan Sasseks hersoqu, şahzadə Harri ABŞ rezidenti olduğunu rəsmən təsdiqləyib. Məlumata görə, onun nəzarət etdiyi səyahət şirkəti bu həftə Britaniya səlahiyyətlilərinə şahzadənin köçdüyünü və hazırda ABŞ-də yaşadığını bildirən sənədlə
19.04.2024 222 BDU-nun tələbəsi intihar etdi
Gecə saatlarında Abşeron rayonu Xırdalan şəhərində intihar hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, Heydər Əliyev prospektində yerləşən "AAF Park" yaşayış kompleksində kirayə yaşayan 2003-cü il təvəllüdlü Ramil Nəsirov özünü asaraq intihar edib. Onun meyiti eyvanda asılı hald
19.04.2024 896 Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər
Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca
19.04.2024 178 Abel Məhərrəmov və xanımı məhkəməyə verildi
Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru, akademik Abel Məhərrəmov məhkəməyə verilib. Qaynarinfo xəbər verir ki, iddiaçı Əmirov Nazim Fərrux oğlu adlı şəxsdir. Onun iddia tələbi torpa sahəsinin boşaldılması və qanunsuz tikilinin sökülməsi ilə bağlıdır. Birinci instansiya məhkəməsi iddianı təmi
19.04.2024 377 İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO
ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün
19.04.2024 338