Gömrük qaydaları SƏRTLƏŞDİ - Mal gətirilməsi proseduru nə zaman asanlaşacaq? - VİDEO

Gömrük qaydaları SƏRTLƏŞDİ - Mal gətirilməsi proseduru nə zaman asanlaşacaq? - VİDEOBu həftədən etibarən şəxsi istifadə üçün Azərbaycana mal gətirilməsi qaydası sərtləşdirilib.

Belə ki, Nazirlər Kabinetinin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları"nda etdiyi dəyişikliyə əsasən, ölkənin gömrük ərazisinə ayda bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarından artıq olmayan mallar gömrük rüsumundan azaddır. İndiyə qədər bu şərt ümumi gömrük dəyəri 1 500 ABŞ dollarından (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 500 ABŞ dollarından) artıq olmayan mallara aid edilirdi.

Həmçinin beynəlxalq poçt göndərişləri və yaxud daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına 30 gün müddətində ümumi gömrük dəyəri 300 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə gömrük rüsumu tutulmayacaq. İndiyə qədər bu məbləğ 1 000 ABŞ dolları idi.

Bu dəyişikliklər elan olunan gündən müxtəlif ekspertlər, millət vəkilləri, sahibkarlar qərarın mənfi və müsbət tərəflərini müzakirəyə çıxarıblar.

Qərarı müsbət tərəfdən qiymətləndirən şəxslərin fikrinə görə, bir çox xarici ölkələrdə bənzər qərarlar qəbul olunur və bu, daxili sahibkarlığın inkişafına istiqamətlənib. Lakin istənilən halda yeni qaydaların icra olunması sahəsində vətəndaşların rahatlığının təminatı əsas məqsəd olaraq qalmalıdır.

Əks fikir səsləndirənlər isə əsas arqument kimi bir sıra malların Azərbaycanda daha baha olması və ölkə xaricindən sifariş olunmasının daha sərfəli olmasını bildirirlər. "Report" müxtəlif məhsulların qiymət fərqi ilə bağlı infoqrafika hazırlayıb:

Belə ki, əgər əvvəl vətəndaşlar xaricdən müxtəlif daşıyıcalar vasitəsilə gətirdikləri 1 000 ABŞ dolları dəyərində məhsullar üçün əlavə gömrük rüsumu ödəmədikləri halda, indi bu limit 300 ABŞ dollarına və birdəfəlik qaydada olacaq. Nəticədə misal üçün 350 ABŞ dolları məbləğində bir məhsul sifariş edən şəxs (nəzərə alaq ki, texnika və bəzi geyim əşyaları üçün bu məbləğ elə də çox deyil) bağlamanı götürmək üçün əvvəlki kimi daşıyıcı şirkətin ofisinə deyil, əlavə 50 ABŞ dolların rüsumunu ödəmək üçün Heydər Əliyev Beynəlxalq Aeroportundakı terminala gəlməlidir.

Bəs burada vətəndaşı nə gözləyir? Şəxsiyyətini təsdiq edən sənədi təqdim edib birka götürdükdən sonra digər şöbəyə sənədləşmə üçün göndərilir, burada 5 manat dövlət rüsumu olan müəyyən sənədlər hazırlanır, həmin sənədlərlə digər şöbəyə göndərilir, burada malın anbarda qalma günləri hesablanaraq 30-50 manat. Vay o gündən ki, nəsə sifariş edəndən sonra ölkədən çıxmısız və ya dünyanı cənginə alan koronavirusa yoluxub 1 aya qədər sosial izolyasiya şərtlərinə əməl etməlisiniz - bu halda anbarda qalma müddətinə görə ödəniş bir neçə 100 manatı ötə bilər. Anbara görə ödənişi etdikdən sonra məhsulun əlavə dəyəri üçün tətbiq olunan 36 faizlik rüsumun ödənilməsi üçün digər şöbəyə yönləndirilir. Bu prosedurları keçmiş şəxslərin "Report"a verdiyi məlumata görə, bütün bu işlər üçün bəzən aeroportda 7-8 saata qədər vaxt itirmək lazımdır. Avtomobili dayanacaqda saxlamağın xərci də öz yerində. Digər tərəfdən, nəzərə alsaq ki, bütün prosedurlar iş saatlarında həyata keçirilməlidir, bağlama götürmək üçün gedən şəxslər faktiki olaraq iş saatlarını itirirlər.

Beləliklə, cüzi məbləğdə əlavə dövlət rüsumunun ödənilməsi üçün həm bütün günü itirmək, həm xeyli əlavə xərc çəkmək lazımdır. Azərbaycanda fəaliyyət göstərən müxtəlif daşıyıcı şirkətlərin təqdim etdiyi rahat çatdırılma fonunda bu cür çətin prosedurların keçirilməsi şərti ilə qəbul olunan qərar vətəndaşlar arasında narazılığa səbəb olub. Halbuki istənilən kiçik daşıyıcı şirkətin asanlıqla onlayn formada qurduğu xidmətin dövlət komitəsi tərəfindən də göstərilməsi insanların işini asanlaşdıra bilər.

Bununla belə, Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt Göndərişləri Gömrük Postunun rəisi Üzel Gülmalıyev "Report"a açıqlamasında bildirib ki, hazırda Komitə yeni innovativ layihələr reallaşdırmaqdadır: "Bu istiqamətdə sürətli işlər aparılır. Yaxın zamanda gömrük orqanlarının vahid portal şəklində fəaliyyət göstərən yeni bir proqram təminatı vətəndaşlarımızın istifadəsinə veriləcək. Bu proqram təminatının üstünlüyü odur ki, vətəndaşlar gömrük ödənişlərini gömrük orqanına yaxınlaşmadan tam onlayn qaydada həyata keçirə biləcək. Burada rəhbər tutulan əsas prinsiplərdən biri vətəndaş məmur təmasının aradan qaldırılmasıdır. Sözügedən proqram təminatı bir növ gömrük orqanlarının vətəndaşlara rahatlıqla bağlı verdiyi yeni fürsətdir. Bununla vətəndaşlar əvvəlcədən öz bağlamalarını gömrük orqanlarına tam elektron qaydada rəsmi şəkildə bəyan edə biləcək və əgər ödəniş nəzərdə tutulursa, ödəmə şansı əldə edəcəklər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1142   Tarix: 21 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

"31 Mart soyqırımı hadisəsi təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir"

"Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılalara qarşı həyata keçirdiyi soyqırımından 106 il ötür. Son iki əsrdə ermənilər Azərbaycan xalqına qarşı misli görünməmiş etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirmişlər. Bu siyasət nəticəsində xalqımız ağır məhrumiyyətlərə v

12:40 0
.

Ramiz Mehdiyev məhkəmə qarşısında: Sürücülük hüququndan məhrum edilə bilər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) keçmiş prezidenti Ramiz Mehdiyev barəsində inzibati iş başlanıb. "Qaynarinfo" xəbər verir ki, Ramiz Mehdiyev İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə ittiham edilir. İş baxılması üçün Suraxanı Rayon Məhkəməsinə göndərilib. Pərviz Murado

28.03.2024 259
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Şimşək, yağış, 25° isti - Sabahın havası

Martın 30-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı

13:24 0
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

7-8 il əzab verdiyi arvadı gözünü itirib...

Bakıda həyat yoldaşına əzab verməkdə təqsirləndirilən 1986-cı il təvəllüdlü Y. Bektimirovun məhkəməsi başa çatıb. "Qafqazinfo" xəbər verir ki, A.Bektimirovaya müxtəlifdərəcəli xəsarətlər yetirən, eləcə də onun bir gözünü itirməsinə səbəb olan şəxs Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə

28.03.2024 260
.

Bu dəfə Şəbnəm Nigara söz atdı

Müğənni Şəbnəm Tovuzlu ünvanına tənqid səsləndirən həmkarı Nigar Camalla bağlı sualı cavablandırıb. Axşam.az xəbər verir ki, "Qonaqcanlı" proqramında qonaq olan ifaçıya aparıcı "Şəkillərdə gördüyün bu xanımlardan hansının sözü sənin üçün külək kimi əsir gedir" sualını ünvanlayıb

10:14 0
.

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - VİDEO

Tanınmış ilahiyyatçı-alim, fəlsəfə doktoru, Ankara Universitetində 17 il müəllim işləmiş 29 kitab müəllifi, "Quran"ın rusca və azərbaycanca tərcüməçisi Fazil İsmayılov kirayə qaldığı evdən çıxarılıb. Bu barədə -a Fazil İsmayılovun qonşuları məlumat verib. Qonşuları bildirib ki, tanınmış ali

14:15 0