Tovuz döyüşləri yenidən başlayır? - AÇIQLAMA
Erməni ordusu Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribata əl atıb. Nəticədə də Azərbaycan Ordusunun kiçik çavuşu Elşən Əli Oğlu Məmmədov şəhid olub.
BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, Ermənistan dövləti təxribatlarından əl çəkmək istəmir, işğalçı siyasətini davam etdirir:
"Düşmənin bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində növbəti təxribatı bunun bariz sübutudur. Qeyd edim ki, bu təxribat gözləniləndir. Çünki ermənilərin işğal olunmuş ərazilərimizə terrorçu qruplaşmalarını toplaması onların müharibəyə hazırlaşdıqlarının göstəricisi idi. Təəssüf ki, beynəlxalq təşkilatlar hələ də ermənilərin işğalçı siyasətini davam etdirməsinə susur. Bu da onların apardıqları ikili münasibətin bariz nümunəsidir".
Deputat qeyd edib ki, ermənilərin bu təxribatlarının arxasında əslində qorxuları dayanır:
"Yəni ermənilərin Azərbaycan ordusundan qorxması heç kəs üçün sirr deyil. Əslində Nikol Paşinyan bu təxribatları ilə "güc şousu" göstərərək hakimiyyətinin ömrünü uzatmağa çalşır. Çünki yaxşı bilir ki, ölkə daxilindəki iqtisadi, siyasi, sosial böhran tezliklə erməni xalqının yenidən ayağa qalxmasına və dövlət çevrilişinə səbəb olacaq. Məhz ona görə də Paşinyan erməni vətəndaşlarının fikirlərini cəbhə bölgəsinə yönəltmək üçün Dağlıq Qarabağ "kart"ından istifadə edir. Əslində danışıqların uzanması və status-kvonun saxlanılması Ermənitan rəhbərliyinə sərf edir. Çünki mövcud vəziyyətdən onlar ölkədaxili problemlərdən insanların fikirini yayındırmaq üçün istifadə edirlər.
Ermənistanın törətdiyi hər bir təxribatın cavabı Azərbaycan ordusu tərəfindən sərt şəkildə verilməkdədir. Bu gün ermənilər onlara silah daşıyanlara və himayə edənlərə arxayın olaraq bu təxribatçı addımları atırlar. Lakin Ermənistan rəhbərliyi unudur ki, bu təxribatçı addımlarla onlar öz sonlarını gətirirlər. Çünki bu gün Azərbaycan dövləti və ordusu 90-cı illərin əvvələrində olduğu kimi gücsüz və sahibsiz deyil. Bu, Azərbaycan dövlətinin və ordusunun cənab İlham Əliyev kimi dövlət başçısı və Ali Baş Komandanı var. Düşünürəm ki, ermənilərin Tovuz istiqamətində davam etdirdiyi təxribatlar növbəti Tovuz döyüşlərinə səbəb olacaq. Nəticədə də Ermənistan ordusu növbəti biabırçı məğlubiyyətini yaşayacaq. Hazırda ermənilər onları himayə edənlərin arxasında gizlənərək öz aləmində müharibə oyununu oynayırlar. Lakin onlar unudurlar ki, bu müharibə oyunu Ermənistanın dövlət kimi xəritədən silinməsinə səbəb ola bilər".
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 7322 Tarix: 21 sentyabr 2020
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşCavanşir Məmmədov nəvəsinin toyuna hazırlaşırmış
Mərhum Əməkdar artist Cavanşir Məmmədov nəvəsi Rəfiqənin toyuna hazırlaşırmış. Axşam.az xəbər verir ki, bu haqda aprıcı Zaur Baxşəliyev "Bizimləsən" proqramında deyib. O bildirib ki, bu haqda ona müğənninin qızı Xatirə danışıb:. "Nəvəsinin toyu olacaq. Buna görə mebel almağa gedirmişlər
15:10 356 "Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA
Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu
15:43 209 Nazirdən Nəzrinlə Mərdana hədiyyə
Gənclər və İdman Naziri Fərid Qayıbov ötən gün toyu olan müğənni Mərdan Kazımov və influenser Nəzrin Nəcəfovaya hədiyyə yollayıb. Bununla bağlı Mərdan paylaşım edib. "Nazirimiz Fərid Qayıbov da bizi toy günü unutmadı. Təşəkkür edirik", - deyə, Kazımov bildirib. OLAY-ın əldə etdiyi məlumat
17:45 544 Sabah 30 dərəcə isti olacaq
Ölkə ərazisində aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləy
14:46 226 "Moskvada mühüm görüşün pərdəarxası məqamları" - Politoloq detalları açıqladı
"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa
10:34 288 Şimali Koreya düşmən hədəflərinə nüvə əks-hücum ssenarisi ilə təlim keçirib
Şimali Koreya çoxlu reaktiv yaylım atəşi sistemlərinin istifadə olunduğu bir təlim təşkil etdiyini və ssenariyə uyğun olaraq düşmən hədəflərinə nüvə əks-hücumunun həyata keçirildiyini açıqlayıb. xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) xəbərinə görə, ölkə lider
21:45 0 Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - FOTO - VİDEO
Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən
15:58 716 İsrail 200 gün ərzində Qəzzada 34 183 nəfəri öldürdü
İsrail ordusunun 200 gündür Qəzzaya hücumları davam edir. xəbər verir ki, Qəzza sektorunda ölənlərin sayı son 24 saat ərzində 32 nəfər artaraq 34 min 183 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsində daha 5
16:25 135 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO
Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu
20:40 0