Ermənistanın indi müharibəyə başlamasının əsas SƏBƏBİ – ŞƏRH

Ermənistanın indi müharibəyə başlamasının əsas SƏBƏBİ – ŞƏRH"Prezident çox haqlı olaraq dedi ki, yenə də bunlar çəkinmədən beynəlxalq hüquq normalarını pozurlar. Məsələn, Ermənistana Orta Şərqdən kimlərisə yerləşdirmək həm Cenevrə Konvensiyasını pozur, həm də özlərinin məqsədinin yalnız işğal olduğunu bütün dünyaya göstərir".

Bunu "MediaPost"a açıqlamasında Prezident İlham Əliyevin dünənki çıxışını şərh edərkən Azərbaycan Demokratik İslahatlar partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə deyib.

O bildirib ki, Ermənistanın indiki rəhbərliyi bundan öncə erməni tərəfinin apardığı danışıqların imitasiyasına son qoyub:

"Onlar artıq öz planlarını açıq şəkildə ortaya qoyublar. Bunların müharibəyə hazırlaşması göz qabağındadır. Prezident İlham Əliyev çıxışında bu məsələyə də toxundu. Məqsəd ondan ibarətdir ki, ölkənin daxilində heç nəyə nail olmayan rəhbərlik artıq arxasında duran qüvvələr ilə razılığa gəlib və yeni əməliyyatlara başlamaq istəyirlər. Bunu indiki məqamda həyata keçirməyin əsas səbəbi odur ki, Azərbaycanın strateji layihələri işləməyə başlayıb. Ölkəmiz neft, qaz sahəsində böyük bir sistem formalaşdırıb. Artıq Avropanın enerji təhlükəsizliyini təmin edən ölkəyə çevrilirik. Bunun qarşısını almaq üçün Azərbaycanı istəməyən qüvvələr Ermənistandan yenidən istifadə edərək, münaqişənin coğrafiyasını genişləndirməyi planlaşdırırlar".

A. Mollazadənin sözlərinə görə, artıq təcavüzkarın cilovlanmasının vaxtıdır:

"Prezident çox düzgün qeyd elədi ki, onların bütün qonşu ölkələrə, o cümlədən Türkiyə və Gürcüstana ərazi iddiaları var. Ermənistan sadəcə ölkə deyil, hansısa hərbi layihədir ki, onu istifadə edərək, bölgədə stabilliyi pozmaq istəyirlər. Bu, münaqişənin coğrafiyasını Orta Şərqə qədər genişləndirmək deməkdir. Mənə elə gəlir ki, beynəlxalq təşkilatlar, ictimaiyyət bu istiqamətdə müvafiq addımlar atmalıdır. Azərbaycanın bu təxribatlara cavab verməyə kifayət qədər gücü var. Lakin Azərbaycana inkişaf üçün bölgədə stabillik lazımdır. Ən əsas məsələ də odur ki, Azərbaycan xalqının ən böyük dəyəri onun müstəqilliyidir. Bu müstəqilliyi qorumağa qadirik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 16164   Tarix: 21 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz İDDİA + VİDEO

"Məni həkim yox, texniki işçi əməliyyat edib". -ın məlumatına görə, bu iddianı paytaxt sakini Camal Şabanov irəli sürüb. Onun sözlərinə görə, bu il fevral ayında İcbari Tibbi Sığorta ilə Bakı Sağlamlıq Mərkəzində ayağından əməliyyat olunub. Camal Şabanov deyir ki, onu həkim Ruslan Əliyevi

17.04.2024 164
.

"Xəstəliklərin yaranması həm də su ilə bağlıdır"

"İnsanlarda baş verən xəstəliklərin 25 %-dən çoxu bilavasitə ətraf mühitlə bağlıdır". qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri deputat Əhliman Əmiraslanov Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin "Sağlam ailə modelini

17.04.2024 156
.

"X"da daha bir yenilik

"X" sosial şəbəkəsinin sahibi İlon Mask yenilik edəcəyini açıqlayıb. xəbər verir ki, bu barədə o özü bildirib. Dəyişikliyə əsasən yeni istifadəçilər tvit göndərmək, bəyənmək və rəy bildirmək üçün ödəniş etməli olacaqlar

17.04.2024 137
.

Senator Bob Menendes çirkin işlərinin günahını erməni arvadının üstünə atmağı planlaşdırır

Ermənipərəst senator Bob Menendes ona qarşı rüşvətalma maddəsi ilə federal cinayət işinin açılmasına səbəb olan əməllərdə arvadı Nadin Arslanyanı ittiham etməyi planlaşdıra bilər. Bu yaxınlarda açıqlanan məhkəmə sənədlərindən belə qənaət hasil olur. Vəkilləri senatorun arvadı Nadin Arslanyanın onda

17.04.2024 348
.

Nigarın sinə dekolteli geyimi - Fotolar

"Avroviziya 2011" qalibi Nigar Camal geyimi ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sinə dekolteli paltarla obyektiv qarşısına keçib. Nigar həmkarı Dilarə Kazımovanın da yer aldığı şəkilləri instaqram hesabında yayımlayıb. "Çox gözəl bir gündür. Onun bitməsinə imkan verməyin"

17.04.2024 648
.

Aytən Səfərovanın düşdüyü qəzada ölən Ayxanın - Fotoları

Xəbər veriyimiz kimi, bu gün səhər saatlarında Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi "Hyundai İX-35" markalı avtomobillə aparıcı Aytən Piriyevanın (Səfərova) idarə etdiyi avtomobil toqquşub, İ.Məmmədovun idarə etdiyi avtomobild

17.04.2024 624
.

Həyat yoldaşı və qızı Kürdə batan qadın DANIŞDI - VİDEO

"Dörd gündür axtarış gedir, balam tapılmır". Bu sözləri Baku TV-yə açıqlamasında həyat yoldaşı və qızı Kürdə batan qadın deyib. O bildirib ki, hamı kömək edir, lakin övladı tapılmır. Qeyd edək ki, aprelin 12-də Zərdabın Qoruqbağı kənd sakini, 2018-ci il təvəllüdlü S.S. və atası Vaqif Süleymanl

17.04.2024 1006
.

İsrail əsgərləri 2 fələstinlinin evlərini dağıtdı

İsrail əsgərləri Xebron şəhəri yaxınlığındakı Bani Naim yaşayış məntəqəsinə basqın edib. BİG.AZ xəbər verir ki, İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebronda partlayıcı maddələrlə saxlanılan 2 fələstinlinin evlərini dağıdıb. Evləri dağıdılan şəxslərin fələstinli türkmənlər Ahmed və Mahmu

17.04.2024 141
.

Aytən Səfərovanın düşdüyü qəzanın anbaan görüntüləri: Cinayət işi açıldı - YENİLƏNİB + VİDEO

Tanınmış aparıcı Aytən Səfərovanın düşdüyü qəza ilə bağlı cinayət işi açılıb. -ın əldə etdiyi məlumata görə, baş verən yol-nəqliyyat hadisəsi üzrə Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə cinayət işi qaldırılıb, istintaq hərəkətləri aparılır. Qeyd edək ki, CM-in 263-cü maddəs

17.04.2024 1974