DƏHŞƏT: Beş aylıq hamilə arvadını qarnından BIÇAQLADI

DƏHŞƏT: Beş aylıq hamilə arvadını qarnından BIÇAQLADITürkiyənin Kayseri bölgəsində dəhşətli hadisə baş verib.

BiG.AZ Oxu.az istinadən xəbər verir ki, Mustafa Aykut adlı şəxs bir neçə ay əvvəl ondan ayrılmaq üçün məhkəməyə müraciət edən və atası evinə qayıdan beş aylıq hamilə arvadı Buketi bıçaqlayıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Məlumatlara görə, Mustafa arvadını görmək üçün qayınatasının evinə gedib. Ancaq qadın onunla görüşmək istəməyib. Bundan sonra Mustafa arvadına hücum edərək, onu qarnından bıçaqlayıb.

Hadisədən sonra Mustafa Aykut qaçmağa nail olub. Polis hazırda onun axtarışlarına başlayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2054   Tarix: 21 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş