Xırdalanda 30 yaşlı qadın özünü beşinci mərtəbədən atıb öldürdü

Xırdalanda 30 yaşlı qadın özünü beşinci mərtəbədən atıb öldürdüAbşeron rayonunda intihar hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

"AAAF Park" yaşayış komleksində yaşayan 1990-cı il təvəllüdlü Fətullayeva Azadə İbadət qızı özünu yaşadığı binanın 5-ci mərtəbəsindən atıb.

Nəticədə A.Fətullayeva hadisə yerində ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2812   Tarix: 20 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş