Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıb

Bakıda və Abşeron yarımadasında havada tozun miqdarı artıbMilli Hidrometeorologiya Xidmətinin mütəxəssislərinin apardığı monitorinqin nəticələrinə əsasən 19-20 sentyabr 2020-ci il tarixlərində Bakı şəhəri və Abşeron yarımadasında havada tozun miqdarının sanitar normadan artıq olduğu müəyyən edilib.

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Vasif Əliyev bildirib.

Buna səbəb Bakı şəhəri və Abşeron yarımadasında meteoroloji şəraitlə əlaqədar olaraq tozun atmosferin yuxarı təbəqələrinə qalxmasıdır:

"Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd daşınma deyil, lokal xarakterlidir"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 829   Tarix: 20 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş