İşə gecikməmək üçün dəmir darvazanı sındırdı - Foto

İşə gecikməmək üçün dəmir darvazanı sındırdı - FotoHollivud ulduzu Duen Conson işə gedərkən çətin vəziyyətlə üzləşib.
Aktyor elektrik enerjisi təchizatında yaranan problemə görə evinin dəmir darvaza qapısını işə gecikməmək üçün sındırmalı olub. Bu barədə Conson İnstaqram səhifəsində yazıb:

"Güclü fırtınalara görə elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Mən qapıları açmaq üçün hidravlik sistemi söndürməyə çalışdım. Adətən işıq olmayanda bu üsul işə yarayır, amma bu dəfə olmadı. Məcbur darvazanı əllərimlə itələyib, sındırmalı oldum".(axşam)

İşə gecikməmək üçün dəmir darvazanı sındırdı - Foto


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2395   Tarix: 20 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş