Məşhur aktrisa: "Uşaqlarımızın sahibi deyilik" - xeberler

Məşhur aktrisa: "Uşaqlarımızın sahibi deyilik"

Məşhur aktrisa: "Uşaqlarımızın sahibi deyilik""Adını Feriha koydum" serialı ilə ulduzu parlayan aktrisa Hazal Kaya həmkarı Ezgi Molanın Yutub kanalındakı verilişində qonaq olub.

Aktrisa şəxsi həyatı və dünyaya baxış bucağı ilə bağlı bir sıra açıqlamalar edib.

O, oğlunu etik dəyərlərlə böyütməkdə məsuliyyət daşıdığını, lakin onun şəxsi həyatında seçimlərinə müdaxilə etməyəcəyini bildirib. Valideynlərə uşaqlarının sahibi kimi davranmamalarını məsləhət görüb.

Aktrisa bildirib ki, sosial media insanları pərişan edib. Pis bir sözün günlərlə insanın beynində qaldığını bildirib.

H.Kaya serial təklifi aldığını, şərtləri uyğun olsa, ekranlara geri qayıdacağını vurğulayıb.(publika)