Koronavirus meyxanaçı Samirəyə də evini "satdırır" – "Gəlir yerim yoxdur" - xeberler

Koronavirus meyxanaçı Samirəyə də evini "satdırır" – "Gəlir yerim yoxdur"

Koronavirus meyxanaçı Samirəyə də evini "satdırır" – "Gəlir yerim yoxdur"Meyxanaçı Samirə Yusifqızı da evini satışa çıxarıb.

BiG.AZ Yenisabah-a istinadən xəbər veri ki, meyxanaçı maddi cəhətdən sıxıntı yaşadığını deyib. Pandemiya səbəbindən məclislərdə iştirak edə bilməyən söz ustası pulsuzluqdan şikayətlənib:

"Pandemiyadır, gəlir yerim yoxdur, nə iş var, nə də pul. Hazırda yaşadığım evi satıram. Ev Bakının Əhmədli qəsəbəsində yerləşir. 5 sotun içərisində tikilmiş, tam hazır evdir".

Meyxanaçı külli miqdarda borcu olduğu üçün bu addımı atdığını bildirib.

Qeyd edək ki, son günlər pandemiya səbəbi ilə gəlir yerləri olmayan bir çox məşhur evini satışa çıxarıb. Müğənni Xuraman Şuşalı Qaraçuxurdakı evini, Xalq artisti Brilliant Dadaşova bağ evini və maşınını, idmançı Kamil Zeynallı evini satışa çıxarıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 9390   Tarix: 19 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş