Gələn həftədən karantin rejimində yumuşalmalar olacaq?- AÇIQLAMA

Gələn həftədən karantin rejimində yumuşalmalar olacaq?- AÇIQLAMAAzərbaycanda koronavirusa görə tədbiq edilən karantin rejim mərhələli şəkildə yumşaldılmaqdadır. Hər həftə yumuşalma ilə bağlı qərar açıqlansa da, bu həftə heç bir yumşalmaya gedilmədi. Gündəlik yoluxanların sayı isə 120-dən aşağıdır. Bir çoxları sentyabrın 25-də növbəti yumşalmanın olacağı ilə bağlı fikirlər səsləndirirlər. Gələn həftə yumuşalmalar ola bilərmi?

BiG.AZ xəbər verir ki, bununla bağlı Sonxeber.az-a danışan deputat Cavid Osmanov bildirib ki, bu barədə qərar qəbul etmək səlahiyyəti Operativ Qərargaha aiddir:

"Pandemiya ilə bağlı bütün məsələlər və yoluxanların sayınınn artma-azalma dinamikası mütəmadi olaraq Operativ Qərargah tərəfindən analiz edilir. Mövcud stuasiyaya uyğun olaraq yumşalma və sərtləşmələrə gedilir. Təbii ki, bu da mərhələli şəkildə yoluxanların sayına uyğun həyata keçirilir. Əlbəttə, biz uzun müddət sərt karantin rejimində yaşaya bilmərik. İnsanlarımız qaydalara əməl edərək koronavirusla yaşamağı öyrənməlidir.
Əslində 3 sadə qaydaya yəni maska taxmaq, sosial məsafəni qorumaq və sanitar-epidemioloji qaydalara əməl etməklə özümüzü və yaxınlarımızı bu virusdan qoruya bilərik. Qaldı ki, bu həftə hər hansı yumşalmanın olub-olmayacağı məsələsinə qeyd edim ki, mütəmadı olaraq yoluxan, sağalan, ölənlərin sayı və pandemiya ilə bağlı mövcud vəziyyət ekspertlər, mütəxəssislər tərəfindən təhlil edilərək konkret rəylər verilir.

Bu rəylər əsasında da Operativ Qərargah qərar qəbul edir. Ümid edək yoluxmaların sayında artım olmayacaq və Operativ Qərargah növbəti yumşalma haqqında qərar qəbul edəcək. Hər şey özümüzdən asılıdır. Nə qədər qoyulan qaydalara və verilən tövsiyələrə əməl edsək normal həyatımıza da o qədər tez qayıda bilərik".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2545   Tarix: 19 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş