MÖCÜZƏ: Dörd uşaqlı ailə batan katerdən BELƏ XİLAS OLDU - VİDEO

MÖCÜZƏ: Dörd uşaqlı ailə batan katerdən BELƏ XİLAS OLDU - VİDEODördü uşaq olmaqla səkkiz nəfərlik ailə batan katerdən möcüzəvi şəkildə xilas olub.

Uşaqlardan biri səkkiz aylıq olub.

BiG.AZ Oxu.az- istinadən xəbər verir ki, onlar sahilin 110 kilometrliyində xilasetmə döşəyindən yapışmış halda tapılıblar.

"Biz altı günlük kempinq üçün düşərgəyə tərəf üzürdük. Birdən qəribə gurultu eşitdik", - deyə ailə başçısı Ceyms Nacet olanların xatırlayarkən bildirib.

Ancaq səyyahlar səfərə hazırlıqlı olublar. Onlar dərhal sahil mühafizəsinə SOS siqnalı yollayıblar və xilasetmə döşəyini şişirdərək kömək gözləməyə başlayıblar.

Xilasetmə döşəyinə isə ancaq uşaqlar sığışıb. Böyüklər batan katerin kənarlarından yapışaraq saat yarım suda qalıblar.

"Təqribən 15 dəqiqədən sonra kater tamamilə batdı. Ancaq onun bir hissəsi suda qalmışdı və biz ondan yapışdıq", - deyə Nacet əlavə edib.

Onun sözlərinə görə, körpə əvvəlcə bərk ağlayıb, ancaq sonra yuxuya gedib.

Ailəni xilas etmək üçün helikopter cəlb olunub.

Nacet xilasediciləri gözlədikləri müddəti hətta videoya çəkməyi unutmayıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 516   Tarix: 19 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş