SON DƏQİQƏ: DTX məlumat yaydı

SON DƏQİQƏ: DTX məlumat yaydıSon günlərdə bəzi internet saytlarında və sosial şəbəkələrdə Rusiyaya xidmət etmələri iddia edilən Azərbaycan Respublikasının vətəndaşları olan bəzi ictimai-siyasi xadimlərin, ali məktəb müəllimləri və tələbələrinin, informasiya agentlikləri və portalları əməkdaşlarının və digər şəxslərin siyahısı yayılmışdır. Həmin siyahıya və qeyd olunan fikirlərə aydınlıq gətirilməsi üçün Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) ölkənin tanınmış siyasi xadimlərinin və ayrı-ayrı ziyalılarının çoxsaylı müraciətləri daxil olub.

Bu barədə BiG.AZ-a DTX-nin saytına istinadən xəbər verir.

"Azərbaycan ərazilərinin işğalının davam etdiyi və düşmən tərəfindən cəbhədə təxribatların intensivləşdiyi indiki həssas məqamda vətəndaşlarımızın narahatlıqlarını nəzərə alaraq, Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, ölkənin ayrı-ayrı tanınmış simalarının və digər şəxslərin xarici dövlətin maraqlarına xidmət etmələri kimi cəfəng və heç bir konkret fakta söykənməyən məlumatların yayılması respublikada sabitliyi pozmaq, dövlət hakimiyyəti orqanlarına inamsızlıq yaratmağa xidmət etməklə uzun illər ərzində formalaşmış Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq münasibətlərinə xələl gətirməyə hesablanıb. Belə məlumatların yayılmasını Azərbaycan dövlətinə qarşı növbəti təxribat kimi qiymətləndirir, onların düşmən qüvvələrdən qaynaqlandığını bildirərək vətəndaşlarımızı belə məsuliyyətsiz yazılara inanmamağa çağırırıq.

Dövlət Təhlükəsizliyi Xidməti yuxarıda qeyd olunan məlumatların yayılma mənbələrinin və bu işdə əli olan qüvvələrin məqsəd və maraqlarının müəyyən edilməsi istiqamətində fəaliyyətini davam etdirir", məlumatda bildirilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2942   Tarix: 19 sentyabr 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda koronavirusa yoluxanların SAYI AÇIQLANDI: 29 nəfər ÖLDÜ - FOTO

Son sutkada Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 042 yeni yoluxma faktı qeydə alınıb, 3 224 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib. İndiyədə

18.09.2021 2874
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179